Keçid linkləri

Təcili xəbərlər

İndi ideoloji diskussiyaların məqamıdırmı?


Təxminən on beş ildir ki, siyasi partiyalar cəmiyyətə orijinal ideya təklif edə bilmirlər. Hər şey qarşılıqlı tənqid əsasında qurulub, bir fərqlə, müxalif partiyalar hakimiyyətin bugünkü siyasətini, hakimiyyət isə müxalifətin düz on yeddi il bundan əvvəlki siyasətini tənqid edir, belə qarşıdurma, bəlkə də, ən qaraqabaq adamların belə gülüşünə səbəb ola bilərdi. Amma indi nəyin də olmasa, hər halda gülüşün vaxtı deyil. Hakimiyyətin ideoloji istiqaməti bir o qədər də sual doğurmur – bunun üçün elə dərsliklərə və televiziyalardakı gündəlik verilişlərə baxmaq kifayətdir, ötəri baxış hakimiyyətin gənc nəslə və eləcə də cəmiyyətə hansı ideoloji ismarışları ünvanladığını müəyyən edə bilər. Daha çox maraq doğuran isə müstəqil siyasi qüvvələrin və cəmiyyətin özünün ideoloji təmayülüdür, burada sual çoxdur.

Yeni həyatda və yeni bir quruluşda insanlar mənəvi orientirləri tapa bilmirlər. Bu yaxınlarda ölkədə uşaq ədəbiyyatının vəziyyəti ilə bağlı müzakirələr keçirilirdi. Çox danışıldı, amma bir nəticə hasil olmadı. Uşaqlara nəyi təlqin etməli? Onları müstəqil həyata necə hazırlamalı? Necə nəsihət verməli? Bu suallar sizə heç də adi və sadəlövh görünməsin. Məsələn, ABŞ-da oturuşmuş bir «Amerika həyat tərzi», «orta statistik amerikalı» kimi dəyərlər var, uşaqlar da bu istiqamətə yönəlir, nəyə can atdıqlarını
Maraqlı olsan, sənin ardınca gedəcəklər və səni eşidəcəklər – çox əlamətdardır ki, bunu gənclər daha çox hiss edir, nəinki yaşlı və hətta orta nəsil
bilirlər. Azərbaycanda isə bu yoxdur. İnsanlar hələ ki kortəbii olaraq bir şeyi bilirlər – bəli, ali təhsil almaq lazımdır! Amma ali təhsilli işsizlərin sayı bu gün ən cəsarətli adamı belə qorxutmaq və həm də ciddi düşünməyə vadar etmək gücündədir... Düşünmək lazım deyil ki, bu cür problemlər təkcə uşaqları və yeniyetmələri təqib edir – ideya boşluğunu hamı hiss edir. Məsələn, Azərbaycan intiharların sayına görə dünyada heç də öndə gedən ölkələrdən deyil, amma arxayınçılıq üçün də əsas yoxdur – hər il yüzlərlə adam intihar edir. Təsadüfi deyil ki, vaxtilə alman sosioloq M. Veber intiharları tədqiq edərək çox mühüm sosioloji və politoloji nəticələrə gəlib çıxmışdı. Bu baxımdan bizim ölkə də hələ öz «veberlər»ini gözləyir – bütün digər istiqamətlərdə təsəlli üçün nəsə tapmaq mümkün olsa da məhz milli və mənəvi dəyərlər baxımından təskinlikverici bir şey yoxdur, ancaq bir neçə şüar var və hamı onları təkrarlayır. Amma bu, nə qədər ürəkdən və şüurdan gəlir? Bax, düşünüləsi məqam da elə budur. Xoşbəxtlikdən bütün bunları gənclər daha çox hiss edirlər, onlar arasında yeni dəyərlər, yeni bir forma və üslub axtarışları çox aktuallaşıb. Onlar hətta siyasətə də bir yenilik gətirmək istəyirlər. Bir çox hallarda bu istək siyasi partiyaların statik durumu ilə toqquşur və nəticəsiz qalır. Amma gənclik arasında bir mətinlik hissləri duyulur – nə qədər paradoksal olsa belə vəziyyətdə nəyin bahasına olursa olsun mühacirət etmək ideyası kütləviləşmir, halbuki digər respublikalarda belə deyil, orada gəncliyin ən ali ideyası mühacirətə yollanmaqdır...

GƏNCLƏR SİYASƏTİ DƏYİŞƏ BİLƏCƏKMİ?


Bu yaxınlarda bir gənc fəal məndən indiki vaxtda müxalifət düşərgəsində ideoloji diskussiyalar haqda nə düşündüyümü soruşdu. Nə demək olar? Apriori olaraq söyləmək mümkündür ki, diskussiyalar prinsipcə bir heç vaxt ziyanlı ola bilməz. Sadəcə indiki reallıqları özünü diqtə edir. Bu reallıqlar isə ondan ibarətdir ki, ölkədə həqiqətən də demokratiya istəyən və bunun üçün mübarizə aparan insanların sayı o qədər azdır ki, onları liberal, sosial, milli demokratlara bölüb aralarında hansısa ixtilaf yaratmaq indiki siyasi maraq baxımından məqbul deyil. Vaxtilə ümumi narazılar sırasından həmfikirlər seçməyə cəhd edilirdi, indi isə hər bir narazı o qədər dəyərlidir ki, onu elə – belə itirməmək düzgün siyasi addım hesab edilə bilməz. Amma diskussiya təkcə problem yaratmır, onların faydası da var. Cəmiyyətə maraqlı olmaq – indi siyasi müxalifətin əsas çatışmayan cəhəti budur. Maraqlı olsan sənin ardınca gedəcəklər və səni eşidəcəklər – çox əlamətdardır ki, bunu gənclər daha çox hiss edir, nəinki yaşlı və hətta orta nəsil. Gənc nəsil özünün ədəbi axtarışları ilə cəmiyyəti maraqlandıra bildi – indi ən yeni ədəbiyyat real bir fenomendir, daha əvvəlki kimi heç kim bunu eşidəndə əlini yelləmir. Qalır siyasət. Bəli, indi növbə siyasətindir. Gənclər onu maraqlı edə biləcəklərmi? Hər halda buna ümid etməyə dəyər...

Ən son yazılan

XS
SM
MD
LG