Keçid linkləri

Təcili xəbərlər

«Wikipedia»nın ilk sözü nə olub?


«Wikipedia» yenə də əməkdaşlıq etmək üçün açıq meydan olaraq qalır
Yanvarın 15-də 100-dən çox ölkədə bir mərasim keçiriləcək: İnternet ensiklopediyası olan «Wikipedia» özünün 10 illiyini qeyd edir.

Qafqazdan Karib dənizinə, Moskvadan Madaqaskara qədər ehtiyac duyulan məlumatların internet bazası... İstənilən mövzu, pulsuz, internet ensiklopediyası «Wikipedia»… Özü də sənin dilində…

Təəccüblü deyil ki, yanvarın 15-də bütün qitələrdə təəssübkeşlər bu saytın onilliyini keçirəcək, yalnız birindən başqa. Pinqvinlər «Wikipedia»nın milyonlarla mövzularından biri olsa da, Antarktidada heç bir tədbir olmayacaq. Axı onlar özləri istifadəçi deyillər.

«Wikipedia»nın yaradılmasında ideya bu olub ki, daha çox adam informasiya paylaşmaq istəyir. Hətta rəylərin kəskin fərqlənməsi, istifadəçilərin çoxsaylı töhfələri məlumatların dəqiqləşdirilməsinə kömək edir və dezinformasiyasının qarşısını alır.

Vaxt ötdükcə «Wikipedia» sui-istifadənin qarşısını almaq üçün bu inqilabi yanaşmanı dəyişib. Amma bu faktdır ki, «Wikipedia» yenə də əməkdaşlıq etmək üçün açıq meydan olaraq qalır.

«SALAM, DÜNYA»

Saytın yaradıcısı Jimmy Wales sayta yerləşdirilən video mesajda deyir:

- Təsəvvür etmək çətindir ki, «Wikipedia»nı yaradandan bəri 10 il ötüb. Mən birinci günü xatırlayıram. Mən «redaktə»ni açdım və yazdım: «Salam, dünya». Bundan sonra «Wikipedia» işə başladı. Hazırda bizim yüzlərlə dildə məqalələrimiz var. Ay ərzində 400 min adam saytı ziyarət edir.

«Wikipedia» planetin 5-ci ən populyar saytıdır.

JURNALİSTİN İTTİHAMI SAYTDA DÖNÜŞ YARATDI

Saytın administratoru Andrew Lih deyir ki, o, «Wikipedia»nı «bilik sandığı» adlandırardı. Onun fikrincə, sayt məlumat boşluğunu aradan qaldırır. Endryu deyir ki, bu illərdə «Wikipedia»nın dəqiqliyini və reputasiyasını artırmağa çalışıblar. O danışır ki, son 5 ildə «adam axtarışı» bölməsində
Jimmy Wales
Amerika jurnalisti John Siegenthaler′in adı keçmiş ABŞ prezidenti John Kennedy və onun qardaşı Robert Kennedy′nin ölümündə şübhəli bilinən adamla eyniləşdirilib. John Siegenthaler bundan xəbər tutanda «Wikipedia»nı ittiham edib.

«Bu hadisə həqiqətən «Wikipedia»ya üçün dönüş nöqtəsi oldu və «maraqlı» və «laqeydlik»dən «vacib» və «məsuliyyətliliyə» keçidi öyrətdi», - Andrew deyir.

«WIKIPEDIA»YA ŞÜBHƏ EDƏNLƏR DƏ VAR

2005-ci ildə «Nature» jurnalı da kəşf etdi ki, «Wikipedia» elmi dəqiqlikdə yaxşı tanınmış «Britaniya Ensiklopediyası» ilə uzlaşır.

Amma hər halda bəziləri «Wikipedia»nın informasiyasına şübhə edir. ABŞ-da bir neçə məktəb saytın məlumatlarına qadağa qoyub.

Andrew Lih bildirir ki, indi 10 ildən sonra gələcəyə baxan «Wikipedia» bəzi dəyişikliklə üzləşə bilər. 2007-ci ildən bəri «Wikipedia»da yeni məqalələrin dərci azalıb, amma saytın ingilis versiyasında ən azı 3.5 milyon məqalə var.

«Wikipedia» xəbər verib ki, sayta məqalə yerləşdirmək və redaktə etmək üçün dünyanın hər yerindən işçi götürür.

HƏR «BOŞ BEŞ DƏQİQƏ» MƏLUMAT BAZASI YARADIR

Ukraynada İnternet Texnologiyaları Şirkətləri Assosiasiyasının rəhbəri Yuri Perohanych hər «boş beş dəqiqəsi»ni «Wikipedia» və digər «Wiki» layihələrə xərcləyir:

- Yeddi il əvvəl bizim «Wikipedia»nın Ukrayna dilindəki versiyasında bir dənə də məqaləmiz yox idi, amma indi yüz minlərlədir. Biz hər gün təxminən 200-300 məqalə hazırlayırıq. Əminəm ki, yaxın 5 ildə daha da çox olacaq.

«QEYRİ-KOMMERSİYA TƏŞKİLATININ XOŞBƏXTLİYİ»

«Wikipedia» xəbər verib ki, sayta məqalə yerləşdirmək və redaktə etmək üçün dünyanın hər yerindən işçi götürür
Saytın yaradıcısı Jimmy Wales yanvarın 12-də keçirdiyi mətbuat konfransında «Wikipedia»nı məlumat öyrənmək və məlumat paylaşmaq üçün «təbii park və ya kitabxanaya» bənzədib:

- «Biz bu qeyri-kommersiya strukturu ilə xoşbəxtik. Bu qeyri-kommersiya strukturunun missiyasından biri də bu idi: Planet sakinlərinin hər birinin öz dilində ensiklopediyası olması. Bu, bizim məqsədimizdir və heç bir şey bizi bu məqsəddən yayındıra bilməz.

«WIKIPEDIA»NIN AZƏRBAYCAN VERSİYASINDA 50 MİN MƏQALƏ VAR

«Azərbaycandilli «Wikipedia» bütün dünyada yaşayan azərbaycanlıları birləşdirən bir məkana çevrilib».

Bunu Azərbaycan dilində olan «Wikipedia»nın idarəçisi Rövşən Ramizoğlu «Media forum» saytına deyib.

Azərbaycandilli bölmə 50 min məqalə ilə 278 dildə olan «Wikipedia»nın dil bölmələri sırasında 49-cu yerdədir:

- Azərbaycan dilində olan «Wikipedia» bu bölmələr arasında özünəməxsus yer tutur. Dünya azərbaycanlıları və Azərbaycan dilini bilən istifadəçilər onu günbəgün daha da zənginləşdirir. «Wikipedia»da Azərbaycan, Almaniya, Kanada, İran, Rusiya, Türkiyə və s. ölkələrdən olan dəyərli dostlarımız fəaliyyət göstərir. Məhz onların səyi nəticəsində Azərbaycan dilində olan «Vikipediya» türkdilli vikipediyalar arasında 2-ci sıradadır.

Rövşən Ramizoğlu deyir ki, azərbaycandilli «Wikipedia»nın bir özəlliyi də burada latın əlifbası ilə olan ensiklopedik məqalələrin ərəb əlifbası ilə qarşılığının yaradılmasıdır:

- Bu işdə Cənubi Azərbaycandan olan soydaşlarımız da bizə yaxından kömək edirlər. Əsas məqsədimiz internetdə Azərbaycan dilində nəhəng ensiklopedik bazanın yaradılmasıdır. Artıq çəkinmədən demək olar ki, bu istiqamətdə xeyli işlər görülüb.

Ən son yazılan

XS
SM
MD
LG