Keçid linkləri

NASA-nın zondları Günəş ətrafına çıxıb


STEREO zondları getdikcə Günəşə yaxınlaşıb onun səthi yaxınlığında məhv olacaqlar
Fevralın 6-da NASA-nın peykləri elə bir mövqeyə çıxıblar ki, indi alimlər eyni vaxta Günəşin bütün səthinə baxmaq imkanı qazanır.

Neçə illərdir astronomlar bu hadisəni səbirsizliklə gözləyirdilər. 2006-cı ilin oktyabrında NASA kosmosa iki peyk - STEREO-zondlarını göndərdirdi ki, hərəsi Günəşin bir tərəfində mövqe tutsun.

NASA-nın yaydığı xəbərdə deyilir ki, zondlar Günəşin iki müxtəlif tərəfində, dəqiq hesablanmış mövqelərə çıxaraq planetin bütün səthindən 3D fotolarını yerə göndərməyə başlayıb.

Günəşin arxa tərəfindən olan şəkillər xüsusilə böyük əhəmiyyət kəsb edir. İndi Günəş səthində baş verən proseslər haqda daha dəqiq xəbər tutmaq olacaq. Bu məlumatların praktik əhəmiyyəti də böyükdür. Günəşdəki güclü fırtınalar və partlayışlar yerdə istifadə edilən müasir texnologiyanın işinə təsir edir. Xüsusilə GPS və radio-kommunikasiya sistemləri belə proseslərin təsirinə məruz qalır.

İndiyə qədər Günəşin ancaq Yerdən görünən tərəfindəki prosesləri izləyərək onların Yerdəki fəsadlarını əvvəlcədən görmək mümkün idi. Nəzərə alsaq ki, Günəşin öz oxu ətrafında fırlanması 27 gün çəkir, alimlər bir ay ərzində onun əks tərəfində baş verənləri izləyə bilmirdi. Halbuki həmin proseslərin də Yer kürəsinə təsiri az olmur.

STEREO zondları getdikcə Günəşə yaxınlaşıb onun səthi yaxınlığında məhv olacaqlar. Lakin onların həmin məqama qədər alimlərə göndərdiyi foto və məlumatların əhəmiyyəti əvəzsizdir.

Alimlər hesab edir ki, əldə olunan məlumatlar elmi nəzəriyyələrin inkişafında da böyük rol oynayacaq.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG