Keçid linkləri

Təcili xəbərlər

Siyasətdə etik dəyərlər vacibdirmi?


Əlləri və niyyətləri saf olan insanlar da yoxdur
Əlləri və niyyətləri saf olan insanlar da yoxdur
Siyasətdə nəciblik və əxlaq məsələləri «Məqsəd vasitəyə bəraət qazandırır» deyən N.Makiavellidən tutmuş «Siyasət heç də nəcib qızlar klubu deyil» tək düşünən adi azərbaycanlı siyasətçiyə qədər çoxunun şüurunu məşğul edib. Bir çox insanlar öz intellekt və həyat təcrübəsindən çıxış edərək bu suala cavab tapmağa çalışıblar. İfrat demokratların bu məsələyə münasibəti bir az mübahisəli olsa da, lakonikdir. Onlar belə hesab edir ki, əsas məsələ dəqiq siyasi və iqtisadi sistem seçməkdir, sistem demokratikdirsə, kimlərin onda təmsil olunmasının elə bir əhəmiyyəti yoxdur, yəni sistem fərdi halları ümumiləşdirə, onları nəzərə çarpdırmaya bilir. Təbii ki, bu məntiqli yanaşma hesab oluna bilər. Amma kiçik nüanslar var. Maşının mühərriki də sistemdir və müasir maşınlarda qüsursuz mexanizm kimi qəbul edilə bilər, lakin ən mükəmməl mühərrik belə konkret yanacaqla işləyir, təsadüfi götürülmüş bir maye onu işə sala bilməz. Və yaxud digər bir misal. Hər halda İtaliya tamam olmasa da, bir çox ölkələrlə müqayisədə demokratik dövlət hesab olunacaq dərəcədə təkmildir. Amma İtaliyada Baş nazir S.Berluskonidən məhz bir etik məsələlərlə bağlı böyük narazılıq var. M.Qəddafinin əlini öpən, şəxsi həyatı o qədər də təkmil olmayan və idarəçilik vərdişləri də mükəmməl sayılmayan Baş nazir italiyalıların fikrincə, onların ölkəsi haqqında çox mənfi təəssürat yaradır. Hətta tanınmış yazıçı U.Eko da belə düşünür. Deməli, siyasi sistem hələ bütün bəlalardan qurtuluş hesab edilə bilməz.

Çox maraqlıdır ki, qeyri – demokratik, xüsusən də hər şeyin total dövlət nəzarətində olduğu totalitar rejimlərdə belə oxşar narahatlıq yaşanır. 28 il keçmiş SSRİ –nin xarici işlər naziri olmuş A.Qromıkonun bu xüsusda maraqlı fikri vardı. O, deyirdi ki, hər bir diplomat öz qəbrini qədəh və çəngəllə qazır. Doğrudan da, içkiyə aludə olmaq az mı siyasətçiyə və yaxud da diplomata ziyan gətirib?

Təbii, burada M.Qandi kimi «etik icmalar» modelini təqdir və təbliğ etmək fikrində deyilik. Amma «Siyasətçi üçün nəciblik və əxlaq məsələləri nə dərəcədə vacibdir?» sualı heç də əhəmiyyətsiz deyil, xüsusən də avtoritar rejim kimi mürəkkəb bir quruluşu
Hər şey göz qabağında olur – evlər, villalar, bağ evləri, maşınlar, dəbdəbəli bir həyat və nəhayət maaş! Hamı da gözəl başa düşür ki, bütün bunlar adi bir maaşla başa gələn işlər deyil.
nəzərə alanda.

AZƏRBAYCANDA KORRUPSİYA NİYƏ CİLOVLANMAYACAQ?

Cavab sadədir. Gürcüstan prezidentindən korrupsiya haqqında soruşanda o, çox lakonik cavab vermişdi: «Mən rüşvət almıram!». Azərbaycanda hansı bir siyasət və dövlət adamı belə əminliklə cavab verə bilər? Hakimiyyətdə belə bir adam varmı? Siz ölkədə həyata keçirilən və nə vaxtsa keçiriləcək böyük layihələrə diqqət yetirin, onların hamısı üçün ayrılan vəsait dünyada mövcud olan xərclərdən azı bir neçə dəfə çox olur. Bunu da onuncu dərəcə məmurlar mənimsəyirlər? Axı onların əli bu vəsaitlərə çatmır! Deməli, əsl islahatlar «yuxarı»lardan başlamalıdır. Hər bir adam islahatı ilk növbədə elə özündən başlamalıdır. Burada bir detalı da qeyd etmək lazımdır ki, inkişaf etmiş demokratik ölkələrdən fərqli olaraq Azərbaycan kimi ölkələrdə hələ təkmil siyasi – iqtisadi sistem yoxdur. Ona görə də islahatlar onları həyata keçirmək istəyən insanlardan çox asılıdır. Real mənzərə nə deyir? Ölkədə korrupsiyaya sistem kimi yanaşılmır. Bu məsələnin bir tərəfi. İkincisi, əlləri və niyyətləri saf olan insanlar da yoxdur. Bu da məsələnin ikinci tərəfi. Bu vəziyyətdə korrupsiyanın azalacağına ümid etmək olarmı? Təbii ki, yox.

KLEPTO – KRATİYA NECƏ YARANIR?

Bu avtoritar rejimlərin bir xüsusiyyəti var - onlar orta repressivlik halında olur. Demokratik rejimlərdə problem olmur, cəmiyyətin periodik (seçkilər) və daimi (ictimai) nəzarəti bir çox məsələləri sahmana salır, ideal olmasa da normal bir vəziyyət yaranır. Totalitar rejimlərdə dövlətin total nəzarəti zor vasitəsilə məsələləri həll edir. Ən çətini avtoritar rejimlərdir. Bu sistemdə nə ictimai nəzarət yoxdur, nə dövlət nəzarəti. Elə buna görə də A.Kamyunun personajlarından birinin sözü yada düşür: «Hamı deyir ki, hakimiyyət və elə siyasət də oğurluqdur. Onda bəs mən niyə açıq – aşkar oğurlamayım?». Bu minvalla hamı imkanı daxilində açıq - aşkar şəkildə oğurlamağa başlayır. Hər şey göz qabağında olur – evlər, villalar, bağ evləri, maşınlar, dəbdəbəli bir həyat və nəhayət maaş! Hamı da gözəl başa düşür ki, bütün bunlar adi bir maaşla başa gələn işlər deyil. Amma hamı susur, heç kim heç kimi oğru və rüşvətxor hesab etmir. Bir də ayılıb görürlər ki, ölkədə əsl klepto – kratiya – oğrular hakimiyyəti yaranıb. Sonradan bu rişələnib bütün cəmiyyətə sirayət edir və artıq bircə yol qalır – insanları da, sistemi də tamam dəyişmək...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG