Londonun Iqtisadiyyat Məktəbi Qaddafinin oğlu Seif əl-İslamın dissertasiyasını araşdırmağa başlayıb ki, görsün bu dissertasiya plagiatdır yoxsa yox.
Seif əl-İslam öz dissertasiyasını məhz bu məktəbdə müdafiə edib.
Doktorluq dissertasiyasını köçürdüyünə görə istefa vermiş Almaniyanın müdafiə naziri zu Guttenbergin indi ləqəbi bilirsiniz, nədir? – zu Googleberg!
İkinci ləqəbi də var- Baron Copy-Paste.
Plaqiatla mübarizə həmişə olub, ancaq dünyada indiki milyard səhifələrlə informasiya mənbəsini nəzərə alanda plagiatı müəyyən etmək nə dərəcədə realdır?
Sən demə, bu, tamamilə mümkündür.
BBC-nin məlumatına görə, Böyük Britaniyada universitetlərin 98 faizi Turnitin adlanan xüsusi proqramdan istifadə edir.
Bu proqramla tələbələrin plaqiatdan istifadə edib-etməməsi yoxlanılır.
Keçən il Turnitin 3 milyon kurs və diplom işini, dissertasiyanı yoxlayıb.
PLAGİATDA İTTİHAM OLUNANLAR
Plaqiatda hətta Martin Lüter Kİnq ittiham olunub. O öz doktorluq dissertasiyasındakı tezisləri başqalarından götürməkdə ittiham olundu. Bu ittiham onun ölümündən sonra səslənib.
Amerikanın indiki vitse-prezidenti Joe Biden təklif etdiyi qanun maddəsində plagiatda ittiham olundu.
Oxford Brookes Universitetinin buraxdığı “Ali Təhsildə Plaqiatı Müəyyən Etmək” adlı kitabın müəllifi Jude Carrol hətta BBC-yə deyir ki, “Şair Bayron heç kimi öz kitabxanasına buraxmırdı ki, onun öz ideyalarını hansı əsərlərdən götürdüyünü görə bilməsinlər”.
Təsadüflər də istisna deyil.
Pulitser mükafatı laureatı, New York Times qəzetinin köşə yazarı Maureen Dowd etiraf etdi ki, bloqqer Josh Marshalldan bir abzas sözbəsöz götürülüb.
Ancaq Dowd dedi ki, bunu bilərəkdən etməyib.
Həmin fikri o, öz dostundan eşidib və elə bilib ki, bu fikir onun dostunundur. Və xoşuna gəldiyi üçün öz yazısına qoyub....