İnternetin tətbiq sferası getdikcə genişlənir. Bu siyahıya «gələcəyi görmək» texnikası da əlavə olunur.
İsveçin «Afronbladet» qəzeti xəbər verir ki, mərkəzi ABŞ-da yerləşən Recorded Future informatika şirkətinin İcveçli əməkdaşları elə bir texnologiya yaradıb ki, gələcəkdə baş verəcək hadisələrin proqnozlarını verə bilir.
Texnologiyanın işləmə prinsipi sadədir. Xüsusi yaradılan sistem 100 minlərlə infromasiya portallarını, internet saytlarını, bloqları, sosial şəbəkələri və sairə internet resusrslarını yaxından izləyir.
Sistem yaradıcıları iddia edirlər ki, milyonlarla yazılı mətnlər arasında xüsusi alqoritmlər əsasında müqayisə aparan bu sistem konkret hadisələri əvvəlcədən görmək iqtidarındadır.
- Bu sistem mətnlərin o qədər dəqiq analizini aparır ki, biz hansısa hadisənin nə vaxt verəcəyini əvvəlcədən hesablaya bilirik. – Deyə tədqiqatlara rəhbərlik edən Staffan Truve “Aftonbaldet”ə müsahibəsində bildirir.
Amerika kəşfiyyatının maraq dairəsində
İnternet proqnozlarının nə dərəcədə ciddi olduğunun təsdiqi kimi qəzet belə bir fakta müraciət edir ki, Mərkəzi Kəşfiyyat İdarəsi və Google İsveç alimlərinin yaratdığı texnologiyaya maraq göstərir.
Mərkəzi Kəşfiyyat İdarəsinin nəzdində fəaliyyət göstərən və Amerika kəşfiyyatı üçün innovasiya və yeni texnologiyalar axtaran İn-Q-Tel (İQT) şirkəti “Recorded Future”a investisiya qoyub. Onlar ümud edir ki, isveç alimlərinin yeniliyi Amerika kəşfiyatına yaxından kömək edəcək.
Zəlzələ və birjalarda aksiyaların qiymətini əvvəlcədən görmək?
Sistem yaradıcıları etiraf edirlər ki, Yaponiyada baş verən sonuncu zəlzələ kimi təbii fəlakətləri əvvəlcədən görmək çətindir. Onların proqnozları daha çox iqtisadi proseslərdə effektivdir. Məsələn, müxtəlif mənbələrdən gələn informasiyalar tutuşdurmaqla müəyyən etmək olar ki, hansısa hava yolları şirkəti yeni təyyarə marşrutu acacaq və nə vaxt.
Texnologiyanın yaradıcıları daha sonra izah edirlər: “Hansısa bloqqer yazırsa ki, hansısa şirkət 10 aydan sonra özünün 2 filialını bağlayacaq, bu hələ məlumat deyil. Amma eyni məlumat başqa internet mənbələrindən də gəlirsə, artıq hadisə maraq doğrurur və onun ehtimalı sistem tərəfindən hesablanır”.
Staffan Truve misal gətirir ki, maliyyə bloqlarını izləməklə konkret qiymətli kağızların kursunu əvvəlcədən hesablayıblar.