Keçid linkləri

Təcili xəbərlər

Abşeronun havayı enerjisi


Günəş batareyası
Günəş batareyası

Bakının küləyi və günəşi ilə bir ildə nə qədər məhsul istehsal etmək olar?

Roland Berger Strategy Consultants (RBSC) şirkətinin dünya üzrə hesabatına inansaq, Abşeron torpağının üstündə milyardlar yatır.

Misal üçün, Danimarkada bir ildə təkcə küləyin köməyi ilə 9 milyard 400 milyon dollarlıq mal və məhsul yaradılır.

Danimarkada elektrik enerjisinin təxminən beşdə birini ölkə boyu düzülən külək turbinləri verir.

Danimarkada külək turbinləri


ÇİN 77 FAİZ SÜRƏTİLƏ İRƏLİLƏYİR

Roland Berger Strategy Consultants şirkəti dünyada əsas “yaşıl” enerji istehsalçılarının siyahısnı hazırlayıb.
Bura 38 ölkə daxildir.

“Yaşıl” və ya “təmiz” və ya “yenidən bərpa oluna bilən” enerji deyəndə külək, günəş, yerin altındakı isti sular, bioyanacaq enerjiləri nəzərdə tutulur.
“Təmiz texnologiya”lara mövcud enerjiyə qənaət edən texnologiyalr da daxildir.

Təmiz texnologiyalarln daxili məhsulda payına görə Danimarka dünyada birinci yerdədir -3,1 faiz.

İkinci yerdə Çindir. Burda daxili məhsulun 1,4 faizini təmiz texnologiyalar verir.

Çində təmiz texnologiyalarla bir ildə 64 milyard dollarlıq məhsul yaradılır.

Çinin bu sahədə son bir ildəki inkişaf sürəti də möhtəşəmdir- 77 faiz.

Belə sürətin səbəbi maraqlıdır.
Dünyada günəş batareyalarına artan tələbatı görən Çin son illər günəş batareyalarının kütləvi istehsalına başlamışdı və bu batareyalar ixrac üçün nəzərdə tutulurdu.
Ancaq məlum oldu ki, daxildə bu batareyaları alan daha çoxdur. Çin indi həm daxil, həm də xaric üçün batareyalar istehsal edir.

Siyahıda ABŞ 17-ci yerdədir. Burda daxili məhsulun 0,3 faizini təmiz texnologiyalar verir.

Ancaq Associated Press yazır ki, ABŞ-da son bir ildə bu sahədə artım 28 faiz olub.
Bu da “təmiz texnologiyaları” özünün əsas iqtisadi prioritetlərindən elan edən prezident Barak Obamanın siyasətinin artıq işlədiyini göstərir.

Təmiz enerji istehsalının daxili məhsuldakı payına görə, dünyada birinci 5-liyə Danimarka, Çin, Almaniya, Braziliya və Litva daxildir.

Ən son yazılan

XS
SM
MD
LG