Ötən həftənin bloq yazılarında əsas mövzu «Eurovision» mahnı müsabiqəsində Azərbaycanın qələbəsi olub. Qələbəni bloqçular necə qiymətləndirib?
AZƏRBAYCANIN RƏNGi «QARADIR»
Etibar Salmanlı yazır ki, Azərbaycanın «Eurovision» müsabiqəsində qalib gəldiyi 15 may tarixini təqvimə qızılı hərflərlə deyil, qara hərflərlə yazılsın. Və əlavə edir ki, qara Azərbaycanın rəngidir:
«Qara Neft bizim sərvətimizdir. Məhz neftimiz qara olduğundan BİZ Qara gündə yaşayırıq. Millətin adı Qara Millətdir...
Biz güc bəla Qul Bayramını yola vermişdik. Səhər tezdən başlanacaq yenidən. Bu dəfə isə «Eurovision» Bayramı. 24 milyon Qul bayramına xərcləmişiksə ümumi hesabla 48-50 milyon manat da, bu bayrama xərcləyəcəyik. Ancaq bu bayramı görməyən Eldar və Nigarın həmyaşıdları var. Onlar indi həbsdədirlər. Bu «atəşfəşanlığı» görə bilmirlər. Onlar xalqı Ağ günə çıxarmaq uğrunda Qaranlıq zindanlardadırlar…»
Aysel Novruz yazır ki, yarışmaya qədər Bakıya «yaraşmayan» bir çoxlarının taleyi onları Kürdəmirə apara bilər:
«Hamı bilir ki, ölkəyə turist axını bir başa ciblərə axır. Buna sevinə bilmirəm. Qorxuram ki…
Mentalitetimizi də, siyasətimizi də şərq coğrafiyasından çıxarmaq istəyirik. Amma Bakıdakı dəyişiklər Dubaya da oxşamaq niyyətimizi ağzından qaçırıb. Gözümüzün önündə camaatı evindən çıxarıb gözoxşayan binalar tikdilər. Mərkəzdə yaşayıb binanın çöl tərəfini təmir etməyə pulu çatmayan sakinlərə səmimi etiraf edildi ki, sən mərkəzə yaraşan adam deyilsən. Bakı gələn gedəni əskik olmayan pinti ev qadınının abırını örtən qonaq otağına bənzədi.
İş ki, gələn il bu otağa daha çox qonaq axışacaq, kim Bakıya yaraşmırsa, heç kəsi əziyyətə salmadan köçsün getsin qonaq görməyən yerə. Kürdəmirə məsələn.
Dünən özünü azərbaycanlı hesab edən hər kəs sevindi. Sevinməliydik də. Axı bu bütün türk dünyasının qələbəsi idi. Yoxsa biz də başqaları kimi öz bayrağımızı yellədə bilərdik də!»
«EURİOVİSİON» ÜÇÜN XƏRCLƏNƏN MİLYONLAR
Vəfa Cəfərli Azərbaycanın müsabiqədəki qələbəsinə niyə sevinə bilmədiyini yazıb bildirir ki, ««Eurovision» Avropanın vacib mədənni hadisəsi deyil. «Eurovision»da qələbə çalan ulduzlar bir günlük şöhrət qazanırlar. Müsabiqə tarixində ABBA– dan başqa heç kim dünya pop tarixində iz qoymadan çıxıb getdi. Bir günlük gündəm üçün bu qədər səs küy anlamsızdır. Mən hələ xərclənən milyonlardan danışmıram».
Eziz hesab edir ki, «Eurovosion»-da muğam keçmir. Bloqçu yazdıqlarını belə əsaslandırmağa çalışıb:
«Bir az keçmişə nəzər salın, «Eurovision»da Elnurla Samirin çıxışına. Çıxışlarında Elnur muğam boğazları etmişdi. Nəticə məğlubiyyətlə nəticələndi. Ötən il isə Ayselnən Araş da məğlub oldular. (hələ ifalarında tardan istifadə olunmuşdu). Daha sonra da Safura çıxış elədi, amma bu dəfə bir az düzəliş etdilər. Azərbaycana aid heç bir notlardan istifadə olunmadı və 3-cü yerə çıxdı. Artıq vəziyyəti başa düşmüşdük. «Eurovision»da Azərbaycana aid hər bir şey çıxmalı idi. Belə də oldu, tanıtım rolikində belə, Azərbaycana aid demək olar ki, heç nə yox idi. Və bu da nəticəsi!! QƏLƏBƏ! Qısa, bizim dəyər verdiyimiz muğam və tarı «Eurovision» bəyənmədi».
AVROPALILAR VƏ «NƏŞƏXOR TƏLƏBƏLƏR»
Rezo Əliyev də yazıb ki, gələn il minlərlə insan Bakıya axışacaq, virtual vətənimizi tanıyacaq. Tanıyacaq sözünün həqiqi mənasında. Bu qələbənin miqyası getdikcə daha aydın olacaq. «Avropalılar yəqin ki, təkcə «Fəvvarələr meydanı», restoranlar və konsert salonu ilə kifayətlənməyəcəklər. Onların bir çoxu artıq dünəndən söz azadlığı və digər neqativ şeyləri eşələməyə başlayıblar. Məncə bu tanıma hər tərəfli olacaq. Həbsxanalarda yatan nəşəxor tələbələr də diqqətdən yayınmayacaqlar».
Holbloq isə artıq gələn ilin proqnozunu verir ki, müsabiqə günü Bakıda «tut ucundan göyə çıx yağış yağacaq»:
«Küçələri ləzzətli sel basacaq. Kanalizasiyalar işləməyəcək. Avropalılar gəlməyinə peşman olacaq».
BAKI 25 MAY 2012...
Araz Bayramlı isə öz təxəyyülünü işə salıb və gələn il Bakıda müsabiqə zamanı yaşana biləcək hadisələri «görməyə» çalışıb:
«Ondan bir gün öncə isə bir qrup avropalı «gey yürüşü» keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. İ.H isə aksiya keçirməyin ətrafdakı insanların rahatlığını və şəhərdəki sabitliyi pozacağını əsas gətirərək bu yürüşə icazə verməmişdir. İcazəsiz keçirilən aksiya polislər və xüsusi «təəssübkeş avropalılar» tərəfindən dağıdılmışdır».
SUAL
Passat sual edib ki, «ictimai əsaslarla fəaliyyət göstərən quruma rəhbərlik edən və rəsmi dövlət vəzifəsi daşımayan şəxsin prezidentin sərəncamı ilə yaradılmış və yüksəkvəzifəli məmurların da daxil olduğu təşkilat komitəsinə sədr təyin olunması hüquqi cəhətdən doğrudurmu?» və əlavə edir ki, «şəxsən mən siyasi yöndən qərarı düzgün və uğurlu hesab edirəm. Sadəcə, hüquqi tərəfini bilmək istəyirəm».
Rauf Rey isə müxalifət partiyalarının lideri İsa Qəmbərlə Əli Kərimlinin Twitter şəbəkəsinə qoşulduğunu yazır:
«İsa Qəmbər gecə saat 2:30-da Twitter-də «Eurovision»-la bağlı statuslar yazır. İT bilikləri parlaqdan uzaq olan bir şəxs üçün bu doğurdan da özünüisbatın bir nümunəsidir. Hələ əlavə etsəm ki, İsa Qəmbər öz hesabında Bill Gates-i də izləyir, onda bu sizin alqışlarınıza səbəb olacaq ) Öyrənmək heç zaman gec deyil.
İsa bəy bəzən «smile» belə işlətməkdən çəkinmir. Onun yaratdığı obrazla «smaylik»-in nə qədər uyğun gəldiyini bilmərəm. Amma hər halda bu da kiçik bir proqressdir.
Əli Kərimlinin hesabına gəlincə. Hiss olunur ki, üzərində bir neçə nəfər əziyyətlə çalışır və bu account gərgin əməyin nəticəsidir. Deyə bilmərəm, onlar gecə 2:30-a qədər yazırlar yoxsa yox, amma bu səhifədə də bir «quş» diqqətimdən yayınmadı. Azərbaycan dilində yazdığı statusa tag qoyan Ali Kərimli mənsub olduğu ölkənin adını «Azərbaican» kimi qeyd edib».
«28 MAY HARA, HEYDƏR ƏLİYEV HARA? »
Bunu Murad Əhməddir yazan. Bloqçu qeyd edir ki, «qarşıdan 28 may gəlir. Amma Azərbaycanda təşkilatların əksəriyyəti və Televiziyalar başlayacaqlar H.Əliyevi təbliğ etməyə. Televiziyalar hətta ekranın yuxarı küncündə H.Əliyevin şəklini qoyacaq. Sabah Universitetdə «28 may»a həsr olunmuş tədbir keçirilir. Amma nədənsə tədbir «Müstəqilliyimizin 20 illiyinə həsr olunur». Bunlar o dərəcəyə çatıblar ki, artıq Cümhuriyyəti unutdurmaq üçün oktyabr ayında baş vermiş hadisələri may ayında qeyd edirlər. İmkanları olsa təqvimdə mayın 27-sindən sonra 29-u gələrdi».