Keçid linkləri

Təcili xəbərlər

Mübarəkin heykəli ilə Berlin divarı arasında əlaqə


Abbasov Xırdalan parkından Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin heykəlinin götürülməsini Berlin divarının uçmasına bənzədir. Və yazır ki, bir gün bu heykəlin götürüləcəyi qabaqcadan bəlli idi:

«Bu ilk dəfə, açıq-aşkar və birbaşa o heykəli ora qoyduran adamların səhvini etiraf etməsi anlamına gəlir. Bu «uzaqgörən» siyasətin kifayət qədər «yaxıngörən» olduğunu göstərir. Yəni, bu adamlar belə deyirlər: «Biz bu heykəli bura qoymaqla səhv etdik və indi də səhvimizi düzəldirik».

İndi hamı başa düşsün ki, hələ çox heykəllər uçacaq bu dünyada və sair və i.a! Amma, səhv düzəltmək o qədər də asan məsələ deyil. Mən siyasi və tarixi səhvləri nəzərdə tuturam. Pis tarix yazmaq o qədər də çətin deyil. Bir biabırçı hərəkət et, bu da olsun sənin pis tarixin. Amma, bu pis tarixi pozmaq imkansızdır. Məsələn, elə götürək Tünzalənin oxuduğu «Building our peace» mahnısını. Heykəli parkdan götürə bildiniz, bəs bu mahnını Youtube saytından kim götürəcək?».

«MÜBARƏKİ BAKIDA DA DEVİRDİLƏR»

Bunu isə Uçan xalçalar və sınıq boru xətləri diyarından yazan bloqçu qeyd edir:

Bloqçu əlavə edir ki, Azərbaycan rəhbərliyinin Mübarəkə ucaldılan heykəli götürməsi bir müddət çəkdi. Bu müddət ərzində heykəlin olduğu park da yerli polis tərəfindən ciddi mühafizə olunurdu.

HEYDƏR ƏLİYEVİN HEYKƏLLƏRİ

Sandinist isə Belqradda mərhum prezident Heydər Əliyevin heykəlinin ucaldılmasından yazır. Serb mətbuatının məlumatına görə, heykəlin olduğu park Azərbaycanın maliyyə yardımı hesabına rekonstruksiya olunub və bu işlərə 2 milyon avro sərf edilib.

Heydər Əliyev heykəlinin açılışı
«Azərbaycanlı forum istifadəçilərindən biri belə yazır: «Tezliklə paytaxtında rekonstruksiya işləri aparmaq üçün pulu olmayan hər bir kasıb ölkə Azərbaycana Heydər Əliyevin heykəlini qoymaq təşəbbüsü ilə müraciət edəcək və beləcə öz maliyyə problemlərini həll edəcək».

«MUTANT BLOQQERLƏR»

Rauf Mardiyev son 3 ildə Azərbaycanda yaşanan «internet bumundan» və həbsdəki gənc fəal Bəxtiyar Hacıyevdən yazır:

«Bu yaxınlarda əqidəsinə (oxu əqidəsizliyinə) görə Vətənə borcunu qaytarmaqdan imtina etmiş bir gəncə də «bloqqer» damğasını vurmaq istəyirlər. Amma görünür damğanı vuracaq münasib yer tapa bilmədikərindən (Harvard alunmi böyük yer tutur) məsələ hələ qabardılmayıb. Bir neçə cəhddən başqa. Yaxın vaxtlarda bu gənci də Google-da «blog» sözü «search» etdiyinə görə bloqqer elan etsələr təəccüblənmərəm.

Son dövrlər şəbəkələşmə layihələrinə ayrılan qrantların məbləği artırılıb. Bir neçə diribaş İT mütəxəssisləri «bacarana can qurban deyib» başlayıblar layihə yazıb, qrant yemə… daha doğrusu layihə keçirməyə. Bu mutaqen layihələrdən də mutant bloqqerlər çıxmağa başlayıb».

Elnur Aslanov da sosial şəbəkələrin geosiyasətindən yazır. Və qeyd edir ki, sosial şəbəkələr cəmiyyətin xarici dünya ilə qarşılıqlı münasibətlərinin ən mühüm atributlarından birinə çevrilməkdədir:

Berti Vogts
«Məhz bu amili nəzərə alaraq, bu gün başa düşülməlidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini daha çox insanlara çatdırmaq imkanının olduğu bir vaxtda, şəbəkə hücum xarakterli xarici siyasətin həyata keçirilməsinin effektiv tərkib hissəsi olmalıdır».

ASTA QAÇAN NAMƏRDDİ

«Millimizin Almaniya ilə oyunundan sonra televiziyada jurnalistlərin qarşısında gördüm bıy, Rövnəq Abdullayev deyir ki, komandanın baş məşqçisi Voqtsun işindən yerdən göyə razıdır. Onun sözlərinə görə, Voqts müəllim gələnə kimə futbolçularımız meydançada heç yarım saat qaça bilmirdilər. İndi, maşallah, bütün oyunu axıra kimi qaçırlar. Yaxşı, Voqts futbolçularımıza qaçmağı öyrətdi, bəs qol vurmağı kim öyrədəcək?» deyə Passat yazır.
XS
SM
MD
LG