YÜNGÜL YARALANAN PREZİDENT 8 ƏMƏLİYYAT KEÇİRİB
Yəmən prezidenti Əli Abdulla Salehin sarayı atəşə tutulduqdan sonra onun ilk televiziya çıxışı indi dünya mediasının diqqət mərkəzindədir.
Üç həftə əvvəl, saray vurulandan dərhal sonra verilən rəsmi xəbərdə xalqın pərəstiş etdiyi cənab prezidentin yüngülcə yaralandığı deyilirdi. Yaranın yüngüllüyünün sübutu üçün olaydan 6 saat sonra Salehin özü xalqa radio ilə qısa müraciət etmişdi. 6 saat isə yəqin ki, yüngül yara alan prezidentin özünə gəlməsi üçün lazım olmuşdu.
Yayımlanan videomüraciət Yəmən başçısının müalicə olunduğu ehtimal edilən Səudiyyə Ərəbistanında lentə alınıb. Videomüraciətdən görünür ki, möhtərəm Əli Abdulla Saleh hücum zamanı aldığı xəsarətlərdən hələ tam düzəlməyib - çətinliklə danışır, əllərini güclə tərpədir. Ötkəm Yəmən lideri vüqarlı görkəmini, hökmlü baxışını da itirib, ömründə ilk dəfə nəhəng, səsli-küylü paytaxta gələrək çaş-baş qalmış ucqar əyalət adamına oxşayır.
Saleh 8 cərrahiyyə əməliyyatından keçdiyini özü dilə gətirib. Nə az, nə çox – səkkiz əməliyyat! Prezident dəftərxanasının nümayəndəsi isə bildirib ki, dövlət başçısının vəzifəsinin icrasına başlaya bilməsi üçün daha bir neçə aylıq müalicəyə ehtiyacı var. Bu açıqlama Salehin qayıdışına qəti etiraz edən müxalifətin və yəmənlilərin aksiyaları ilə bir məqamda verildiyini nəzərə alsaq, prezidentin hansı çətin durumda olduğunu təsəvvür edə bilərik.
KONSTİTUSİYA NƏ ZAMAN YADA DÜŞÜR?
Təbii ki, Saleh öz çıxışında təkcə səhhəti barədə danışmayıb. Müxalifətin davamlı etirazlarına münasibət bildirən prezident deyib: «Bütün siyasi partiyalarla və qüvvələrlə əməkdaşlığı və dialoqu alqışlayıram. Amma bu, konstitusiya çərçivəsində olmalıdır». Yəmən liderinin hətta bu ağır durumunda belə konstitusiyaya sədaqəti təqdirəlayiqdir və məni az qala riqqətə gətirdi. Xüsusən, ona görə ki, Əli Abdulla Salehin hakimiyyətdə olduğu uzun illər ərzində həmin konstitusiyanın başına nə oyun açdığını yaxşı bilirəm. Üstəlik o da məlumdur ki, etirazların yenicə baş qaldırdığı və hələ qan tökülmədiyi dövrdə o, konstitusiyanı bir parça kağız sayıb, əməkdaşlıq barədə heç eşitmək belə istəmirdi. İndi isə onun əleyhdarlarının qanı axıdılıb, Suriyadakı qədər çox olmasa da, qurbanlar verilib. Yəmən prezidenti isə indi konstitusiyadan danışır...
New York Times qəzeti görün nə yazır: «Yəmən prezidentinin çıxışı tərəfdarlarını ruhlandırmalı idi, amma əleyhdarlarının - paytaxt Sənanın küçələrində Salehin istefasını tələb edən minlərlə etirazçının qəzəbinə səbəb oldu». Müşahidəçilər bu toqquşmaların vətəndaş müharibəsinə gətirib çıxaracağından narahatdırlar.
Əli Abdulla Saleh öz əleyhdarlarını «qanundan kənar banda» adlandırıb, deyib ki, «bu hadisələrin «gənclərin inqilabı» adlandırılan olaya heç bir aidiyyatı yoxdur» və «gec-tez günahkarları tapacağına» söz verib.
Çıxışdan görünür ki, möhtərəm Saleh hələ heç nə anlamayıb və heç bir nəticə çıxarmayıb.
Maraqlıdır, daha nə baş verməlidir ki, öz ölkəndəki hadisələrin mahiyyətini anlayasan? Vəziyyət hansı həddə çatmalıdır ki, mədəni şəkildə istefaya getmək fikrinə düşəsən? Görünür, Əli Abdulla müəllim Ben Əlinin və Mübarəkin başına gələnlərdən heç bir ibrət götürməyib. Bəs başqa diktatorlar – Müəmmər Qəddafi, Bəşər Əsəd, Aleksandr Lukaşenko və sairələr bu hadisələrdən özləri üçün hansısa nəticəni çıxarıblarmı?..
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Yəmən prezidenti Əli Abdulla Salehin sarayı atəşə tutulduqdan sonra onun ilk televiziya çıxışı indi dünya mediasının diqqət mərkəzindədir.
Üç həftə əvvəl, saray vurulandan dərhal sonra verilən rəsmi xəbərdə xalqın pərəstiş etdiyi cənab prezidentin yüngülcə yaralandığı deyilirdi. Yaranın yüngüllüyünün sübutu üçün olaydan 6 saat sonra Salehin özü xalqa radio ilə qısa müraciət etmişdi. 6 saat isə yəqin ki, yüngül yara alan prezidentin özünə gəlməsi üçün lazım olmuşdu.
Yayımlanan videomüraciət Yəmən başçısının müalicə olunduğu ehtimal edilən Səudiyyə Ərəbistanında lentə alınıb. Videomüraciətdən görünür ki, möhtərəm Əli Abdulla Saleh hücum zamanı aldığı xəsarətlərdən hələ tam düzəlməyib - çətinliklə danışır, əllərini güclə tərpədir. Ötkəm Yəmən lideri vüqarlı görkəmini, hökmlü baxışını da itirib, ömründə ilk dəfə nəhəng, səsli-küylü paytaxta gələrək çaş-baş qalmış ucqar əyalət adamına oxşayır.
Bunlara da nəzər salın