Keçid linkləri

Təcili xəbərlər

3 G-nin «mustafası»


Arxiv foto
Arxiv foto
Passat 33 iki mobil operatora 3G (üçüncü nəsil texnologiya) lisenziyasının verilməməsinin səbəblərini axtarır. Və Rabitə və İnformasiya Texnologiyaları nazirinin bu günlərdə 3G üçün Azercell və Bakcell-ə bir neçə şərtə qoyduqlarını qeyd edir. Bu şərtlərlədən biri də operatorlar arasında trafik mübadiləsində qiymətlərin 5 qəpikdən 2 qəpiyə endirilməsidir. Nazir bildirib ki, «bu şərtləri qəbul edəndən bir saat sonra onlara lisenziya veriləcək». Bloqqer yazır:

«Cənab nazir, mus-mus deyincə birdəfəlik Mustafa de də. Day denən lisenziya vermirəm də. Üstəlik nazirin məntiqi çox gülməlidir. Bir tərəfdən nazir telekommunikasiya haqqında qanunun tələblərindən danışır, digər tərəfdən şərt qoyur. Cənab nazir, qanunvericiliyin tələbləri icra olunmalıdır, şərt kimi qoyulmamalıdır. Söhbət trafik qiymətlərinin endirilməsindən gedirsə, «pricem» burda 3G şərti? Bəs siz hara baxırsınız? Niyə «Azercell» və «Bakcell»in qiymət özbaşınalığına qarşı qanunvericiliyin tələblərini tətbiq edib cəzalandırmırsınız? Bəlkə başqa səbəblər var? Hansı ki, «Azercell» və «Bakcell» bunu açıqlasa böyük mərəkə qopar…

Görəsən nazirin sadaladığı bu şərtləri «Azerfon» qəbul edib ki, ona yaşıl işıq yandırılıb? Hansı ki, onun da «fəaliyyəti» haqqında hamı bilir...»

AZƏRBAYCANIN İNTERNET PROVAYDERLƏRİ VƏ BAZAR PAYLARI

Weboxu Azərbaycan provayderlərinin bazardakı mövqeyi barədə apardığı təhlili təqdim edib. Təhlili Delta-Telecomun statistikasına əsaslanır:

«Delta-dan aldığı trafiklərə görə formalaşan bu listə Bakinternet başçılıq edir-təqribi 20%. O Delta-dan ən çox trafik çəkən provayderdir. İkinci yeri Uninet/Stream tutur - təqribi 15%. Connect və Azeronline isə təqribi 10%-lik bazarı payı ilə 3-cü, 4-cü yeri tuturlar...

İnternet çıxışımız barədə növbəti məlumat isə yeni bir Backbone-un yaradılma prosesisin başa çatmaq üzərə olduğudur. Bu barədə çoxdan bəri işlər aparılırdı. Yəni Delta-Telecom alternativsiz olmayacaq. Ümid edirəm ki, bu prosses istifadəçilər üçün müsbət dəyişikliklər gətirər.
Yeni Backbone isə Azertelecom-dur.

Arxiv foto
Şirkətin 70%-i Azerfon mobil operatoruna aiddir. BTRİB və Aztelekom-un isə hərəyə 15%-lik payı var».

ADNA VƏ UTOYA ARASINDA BƏNZƏRLİK?

Bu həftə bir neçə bloqqer Norveçdə bir-birinin ardınca baş verən iki terror hadisəsindən yazıb.

O55 Utoya adasında yaşananları 2 il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında baş verənlərə bənzədir:

«Hər iki halda terroristlər əvvəllər ölümlə nəticələnən cinayətlər törətməmişdilər. Onların hər ikisi də, öz terror əməllərini çox soyuqqanlıqla həyata keçirmişlər. Bakıdakı olayda Fərdanın özünü öldürməsi (hər halda rəsmi versiya bu idi) müəmmalı qalsa da, Osloda Andersi diri tutublar. İstintaq hansı nəticələr əldə edəcək, bunu gələcək göstərəcək.

ADNA-dakı terror aktı təzə-təzə baş verdiyi vaxtlar, Fərdanın tək olmadığı barədə gəzən şayiələr və Utoya adasında Andersin tək olmadığı barədə söylənilən fikirlər, məndə qəribə bir versiya formalaşdırdı. Bəlkə Bakı və Oslo aktları eyni mərkəzdə planlaşdırılıb və yeni, qorxunc terror silahının, zombi-terrorist silahının sınaq təcrübələri idi».

Anders Behring Breivik
QAÇMAQ FAYDALIDIR

O55 kimi Emilxan da iki fərqli ölkədə baş verənləri eyniləşdirir:

«Açığı deyim ki, bu hadisələrdən sonra tanımadığım insanları küçədə görəndə bir qədər qorxmağa başlamışam. Elə bilirəm ki, kimsə cibindən tapança çıxarıb başıma çaxacaq. Avtobusda, küçədə, çoxlu adamların toplaşdığı yerlərdə xofla gəzirəm. Türklər demişkən, hər zaman koşmağa hazır gibiyim.

Sizə də koşmağa hazır olmağı məsləhət görürəm. Ümumiyyətlə, çox adamın yığışdığı yerlərdən uzaq olun. Təcrübə göstərir ki, universitetlər və kurslar daha təhlükəlidir. Buna görə də çalışın dərsə getməyin və işdi, əgər getsəniz onda ikiqapılı auditoriyalarda oturmağa üstünlük verin. Əgər dərsiniz birinci mərtəbədə gedirsə, onda pəncərəyə yaxın da otura bilərsiniz ki, «hərif» içəri girən kimi aradan çıxa biləsiniz...»

Holblog, Azadig də iyulun 22-də Norveçdə şok yaşadan Anders Berinq Breyvikdən yazıblar.

2 aprel aksiyası ilə bağlı həbs edilənlərin məhkəmə prosesi
«ƏL ÇALMAQ OLMAZ»

Natiq Ədilov Səbail rayon məhkəməsində 2 aprel mitinqinə görə həbs olunanların məhkəməsində yaşanan bir olay haqda yazır:

«Məhkəmə iclası başlayan kimi hakim zala səs salmamaq və əlçalmamaqla bağlı xəbərdarlıq etdi. Ötən dəfə siyasi məhbusları alqışladığına görə beş nəfər zaldan çıxarılmışdı. Hakimin bu dəfə alqışla bağlı xəbərdarlığına zalda əyləşən AXCP funksioneri Nemət Əliyev etiraz etdi.

O, dedi ki, alqışda heç bir cinayət və əxlaqdan kənar element yoxdur: «Bu sadəcə emosiyanın təzahürüdür». Buna cavab olaraq hakim gedin emosiyanızı zaldan kənarda nümayiş etdirin deyəndə Sahib Kərimov onun fikirinə əsl şəkili kimi replika verdi: «Kənarda da emosiyamızı nümayiş etdirən də tutub bura gətirirlər də».
XS
SM
MD
LG