Keçid linkləri

Təcili xəbərlər

Qərbsayağı makiyaj və xalqlar haqda stereotiplər


Bəstəkar Firudin Allahverdi: "Xalqlar haaqında stereotiplər var"
Bəstəkar Firudin Allahverdi: "Xalqlar haaqında stereotiplər var"

Bəstəkar Firudin Allahverdi bloqunda “Dəqiq və qeyri-dəqiq xalqlar” adlı yazısında yazır ki, xalqlar barədə stereotiplər var:
“Niyə almanlar dəqiq xalqdır, amma tutaq ki, pakistanlılar yox? Səbəb çox sadədir - sistem!

Azərbaycanda heç nə demirəm, nəqliyyat sistemi dəqiq qurulsa, görün bu xalq qısa müddətə necə dəyişir.

Təsəvvür edin ki, evinizin yanındakı dayanacaqdan avtobus dəqiq 14:04-də çıxır və Kukla Teatrının yanına dəqiq 14:43-də çatır. İndi dəqiq olma görüm, necə olmursan!”

TAXT-TAC ÖTÜRMƏ TƏCRÜBƏSİ

Suriya və Azərbaycan arasında paralellər aparan Masimov yazır:

“Suriya prezidenti Bəşər Əsədə hakimiyyətin atası Hafiz Əsəddən miras qalması heç kəsə sirr deyil. Prezident seçkilərində iki dəfə “qələbə qazanmış” İlham Əliyev də eyni ssenari ilə hakimiyyətə gəlib.
“Monitor” jurnalının redaktoru Elmar Hüseynov 2005-ci ilin fevralında yazIr ki, Suriyanın “taxt-tac ötürmə” təcrübəsi Dəməşqdəki rəsmilərimiz tərəfindən ciddi araşdırılıb. Mart ayında Elmar Hüseynov qətlə yetirildi.

Suriyalıların əksəriyyətinin sünni olmasına baxmayaraq, bu ölkə İranla müttəfiqdir. Bu cür ittifaqa səbəb qeyri-demokratik Suriya hökumətinin başqa seçiminin olmamasıdır. Eyni siyasəti Azərbaycan hökUməti də həyata keçirir, ancaq onlar İranı deyil, Rusiyanı “seçib”. Azərbaycan rejiminin Qərbsayağı makiyajdan istifadə etdiyi çox yazıldığından bunu ayrıca qeyd etməyinə dəyməz”.

AMERİKADA VƏTƏNDAŞ FƏALLIĞI

Amerikaya təhsil üçün gedən Mühafizəkar “Demokratik sistemin dayağı - Vətəndaş fəallığı” barədə yazır:

“ABŞ-ın federal dövlət quruluşu ideya desentralizasiyasının əsas göstəricilərindən biridir. Burda siyasi-ictimai dinamizm istər federal, istər ştat, istərsə də icma səviyyəsində aydın nəzərə çarpır. İnsanlar mərkəzi hakimiyyətə açıq şəkildə meydan oxuyurlar. Məsələn, ştatların qubernatorları inandıqları ideyalar naminə federal hakimiyyətin qrantlarından imtina edirlər. Bununla belə həm federal, həm də ştatlar səviyyəsində hakimiyyət sonsuz sayda dəngələrlə nəzarətdə saxlanılır”.

“LONDON” TAKSİLƏRİ NİYƏ BLOQQERƏ “YOX” DEDİLƏR

Hipermilli soruşur: “Avtobusu, taksini idarə edə bilməyənlər dövlət idarə edə bilərmi?”

“Dostlarla badımcan taksilərə yaxınlaşıb dedik ki, (Kukla Teatrının yaxınlıgında) burdan Azneftə gedib, geri - Kukla Teatrının yanına qayıdacağıq.
4-5 sürücünün hərəsi bir şey deməyə başladı.

Biri dedi:
- 5 manat verin, sürüm.
Sırada birinci dayanan taksinin sürücüsü:
- Yox getmirəm.
Başqa biri:
- Taksidə çəkilişə icazə verilmir, departamentdən icazə almalısız.
Digər sürücü:
- Biz günə 70 manat plan veririk, bu məsafəni sürə bilmərik. Sıradan çıxıb yenidən sıraya qayıdıb növbə gözləyənə qədər neçə saat vaxtımız gedir, sərf eləmir...

Yəni, hər ağızdan bir avaz çıxmağa başladı.

Biz də bunları başa salmağa çalışırdıq ki, hökumət bu taksiləri gətirib ki, vətəndaşlara xidmət göstərsin. Müştəri hara istəyir ora da aparmalısınız. 5 dəqiqəlik mübahisədən sonra sürücü bizi aparmağa candərdi razılaşdı.
Guya hökumət bu taksiləri gətirib ki, taksometrlə işləyəcək, sürücülər gündəlik sürdükləri kilometrə uyğun pul ödəyəcəklər. Və məsafədən asılı olmayaraq müştəri hansı ünvana istəyəcəksə, sürücülər də müştərini həmin ünvana çatdıracaqlar.
XS
SM
MD
LG