Keçid linkləri

Təcili xəbərlər

Sadəcə, Qaraqanın «A» romanı


 «A» romanı
«A» romanı
Bloqqer Pərviz Əzimli bloqçuların qoşulduğu kitab həftəsində gənc reper Qaraqanın «A» romanı barədə yazıb:

«Bloqlarda kitab həftəsi çərçivəsində «A» romanı haqqında yazıb- yazmamaq barəsində çox düşündüm. Bu kitab haqqında yazmağa ehtiyac varmı?
«A» romanı Azərbaycan ədəbiyyat çevrəsində bəlkə də ən çox müzakirə olunan kitabdır. «A» haqqında danışılarkən kimisi bu əsəri plagiat, kimisi qeyri – ciddi ədəbiyyat, kimisi mükəmməl əsər, kimisi isə sadəcə bir gəncin yazdığı roman adlandırır.
«A» romanına qarşı plagiat iddiasına irəli sürənlər bu əsərin «Fihgt Club» filmindən köçürüldüyünü iddia edir. Buna səbəb isə əsərin süjet xəttində olan bənzərliklərdi. Əsərin müəllifi Qaraqan isə deyir ki, o zaman Fizulinin «Leyli və Məcnun» poeması də plagiat sayılmalıdır. Çünki ondan əvvəl bu mövzuda, hətta bu adda Nizami Gəncəvi poema yazıb».

SÖKÜLÜB-TİKİLƏN BAKI...

Gənc jurnalist Bakının mərkəzində küçələrin dəfələrlə təmir edilməsindən və tikinti işləri üçün ayrılan pullardan yazıb:

«Sizə bu dəfə danışacaqım yollar elə Hacıbala müəllimin oturduğu Bakı Şəhər İcra Hakimiyyətinin binasının yerləşdiyi küçədir. Ağaclar qırılır,asfalt küçə dağıdılıb, elə hey torbalar basdırırlar bu yerin altına baş açmaq olmur ki, bu nə torbalardır. Bunu evvəldən yerləşdirində bəs. Bu neftin pulları boş-boşuna bu tikilən sonra sökülən yollarda qaldı. Sonrada deyirlər maaş verilmir pul yoxdu. Bəs bu yollar nə ilə tikilir görən? Desəmki «Evrovison 2011» Azərbaycana gəlir ona görə şəhərin içidir təmir olunur axı elədə deyil biz elə həyatı dərk edəndən daha doğrusu Hacıbala adlı şəxsi tanıyandan bu gündəyik. Tikək və sökək… Bu küçədə olan hələ tıxacdan danışmıram. Maşınlar girib bir-birinə tərpənmək olmur. Marşurutlar yollarını dəyişiblər. Planı vaxtında verə bilmədikləri üçün sərnişinlərlə kobud rəftar edirlər».

İmişlidəki ağac
«MƏMURLARIN AXMAQ QƏRARLARI»

Regiondan olan bloqqer Müşviq Məmmədov İmişlidə məmurların qəbul etdiyi qərarla bağlı yazır:

«Bütün dünya Qəddafi ilə əlləşirkən, məni də bir sual maraqlandırır. Səmimi deyirəm, görəsən bu Gəncə çinarın günahı nə idi ki, bunu yanvar ayında İmişli məmurları darama adı ilə bu günə salıb. İndidə gördüyünüz kimi, yanıb. Axı istidən qovrulan Aran yerində bir ağacı boya başa çatdırmaq üçün illərlə əziyyət çəkmək lazımdır. Təbiətə «Analoqu olmayan» Azərbaycan sayağı qayğı...»

Son bloq yazısında Bəyim Həsənli ana olmağa hazırlaşan qadınlara müraciət edir:

«Ey analar, ana olmağa hazırlaşanlar. Siz körpələrinizi hansı ölkədə, hansı rejimdə dünyaya gətirdiyinizin fərqindəsiniz? Ana olmaq onu 9 ay bətnində daşıyıb, süd verib, böyüdə bilmək üçün min bir əziyyətə qatlaşmaq deyil sadəcə. Ana olmaq övladına gələcək hazırlamaqdır həm də. Gözəl bir gələcək. İnsanların cibindən bəlkə də heç vaxt görmədiyi şeylərin çıxmadığı bir gələcək. Təhsil almağın günah olmadığı, sındırmadığı şüşəyə, əzmədiyi (əzə bilməyəcəyi) maşınlara görə insanların günahlandırılmadığı bir gələcək. İnanclı olmağın günah olmadığı, insanların evində rahat otura bildiyi bir gələcək. Hüquq müdafiəçilərin hüquqlarının pozulmadığı, öz vətənində yaşayıb, öz vətənində ölmək istəyən insanların ölkədən çıxmağa məcbur edilmədiyi bir gələcək lazımdır onlara».
XS
SM
MD
LG