Siyasi müzakirələr Azərbaycan teleməkanından çoxdan yığışdırılıb, olan-qalanlar da bəsit müzakirə imitasiyasından başqa bir şey deyil.
Qonaq otağı və mətbəxlərdə aparılan siyasi müzakirələri isə şərti olaraq, iki növə ayırmaq olar.
Birincisi, müsahiblərdən biri hakimiyyətin açıq-aşkar yalan danışdığını, büdcəni və vətəndaşlarını soyub-taladığını və ölümə məhkum elədiyini deyəndə, digər müsahib cavab verir ki, bunların hamısı ağ yalandır, Azərbaycanda «analoquolmayan» inkişaf var, ölkə çiçəklənir, deyilənlərsə boş-boş söz və şikayətdir, vəssalam.
MƏŞHUR AFORİZM
Belə müzakirələrdə cavabın ikinci variantı belə olur ki, «Dediklərinizin hamısı doğrudur, amma nə etməli?
Hər xalqı onun layiq olduğu hakimiyyət idarə edir. Hər xalq öz hökumətinə layiqdir». Bax, bu son, geniş yayılmış aforizmin üzərində bir az
Koreya xalqı hansı hökumətə layiqdir – cənubdakına, yoxsa şimaldakına?
gəzişmək istərdim.
YAXŞI BƏHANƏ
Bu ifadə, milyonlarla soydaşı bir yana, öz hüququnu müdafiə etmək üçün söz deməkdən belə qorxanlar üçün tutarlı bəhanədir. Bu ifadə həm də öz vətəndaş mövqeyini bildirməkdən qorxanlar, qorxduğunu etiraf etmək istəməyənlər üçün yaxşı bir bəhanədir.
Belə sözlərlə bu cür adamlar məsuliyyəti xalqın boynuna atırlar - korrupsiyanı öz siyasətinin əsasına çevirən bu hakimiyyətə guya layiq olan xalqın.
Belə adamlar üçün xalq pisdir – çünki öz hüquqlarını tələb etmək istəmir, etiraz etmək, mübarizə aparmaq, cəsarət göstərmək bahasına daha yaxşı yaşamaq istəmir. Onlar - belə adamlar isə, yaxşıdır.
3 YOL
Təkbaşına heç nə etmək mümkün olmadığı üçün isə belə deyən adamların bu yolları var:
1. Baş əyib itaət etmək - bu zaman susmaq da olar, taleyindən gileylənmək də.
2. Millət dərdini özünə dərd eləməmək, rahatlanmaq və hətta həyatdan zövq almaq.
3. Bu isə ikincinin məntiqi nəticəsidir - rüşvət alanlara, yalançılara, saxtakarlara, dövlətdən və soydaşlarından oğurlayanlara qoşulmaq və maddi rifah içində yaşamaq.
Nə demək olar? «Əla» fikir, hətta demək olar ki, ideologiyadır. Bu «ideologiya» layiq olduğu hökumətə sahib olan xalq barədə deyilmiş aforizmə əsaslanır. Amma bir məsələ də var - xalq haqqında deyilən və geniş yayılan bu ifadə haradan yaranıb?
FİLOSOF DE MONTESKYÖ
Məşhur fransız yazıçısı və filosofu Şarl-Lui de Monteskyö «Qanunların ruhu barədə» (1748) əsərində yazırdı ki, hər xalqın qanunları «millətin ümumi ruhuna» uyğundur və «əxlaqından qaynaqlanır». «Hər xalq qismətinə layiqdir» fikri də burdan gəlir.
Bəlkə də doğru olan bu fikrin iki əsr yarımlıq yaşı var, amma burada hökumət barədə heç nə deyilməyib.
SƏFİR DE MESTR
Rus dilçisi Serov ensiklopedik lüğətində yazır ki, «xalq və hakimiyyət» barədəki bu ifadə Sardiniya krallığının Rusiyadakı səfiri, yazar Jozef de Mestrin məktubundan götürülüb. Rusiyada on beş ilə yaxın yaşayıb, hətta rus ədəbiyyatına təsir edən Sardiniya səfiri 1811-ci ildə öz hökumətinə yazdığı məktubunda Monteskyönün «qismətinə layiq olan xalq» barədəki məşhur ifadəsini ehtimal ki, təhrif edib...
Lüğətin şərhinə görə, bu ifadənin mənası belədir: əgər hökumət pis, əxlaqsız, yalançıdırsa, bunun günahı hökumətinə nəzarət edə bilməyən və onu başının üstündə saxlayan vətəndaşların özlərindədir.
XALQLAR VƏ HÖKUMƏTLƏR
«Koreya: bir xalq, iki dövlət» adlı məqaləmdə yazmışam ki, ən azı Koreya xalqına münasibətdə bu ifadə düz deyil. Axı bu, yarım əsr bundan əvvəl ikiyə ayrılmış eyni xalqdır. İndi, Koreya xalqı hansı hökumətə layiqdir – cənubdakına, yoxsa şimaldakına?
Bəs, hələ iyirmi beş il bundan əvvələ qədər ikiyə bölünmüş böyük alman xalqı hansı hakimiyyətə layiq idi? Şərqi Almaniyadakı kimi totalitar, yoxsa Almaniya Federativ Respublikasındakı kimi demokratik hökumətə?
Bəs, Misir xalqı hansı hökumətə layiqdir? Axı de Monteskye və de Mestrə inansaq, bircə il, on ay əvvəl o Mübarəkin hakimiyyətinə layiq idi. Bəs indi?
Yox, burada nəsə düz gəlmir. Axı ola bilməz ki, bir kəlam, bir fikir eyni bir vəziyyətdə işləyib, digər eyni vəziyyətdə işləməsin? Axı dəyişməyən, heç kimin dəyişə bilməyəcəyi məntiq və fikir qaydaları var...
Amma o da düzdü ki, avam və axmaq adamlar üçün nə qayda, nə qanun? Buğda yeyib, cənnətdən çıxıblar, bu məlum...
Yaxşı, bəs, Liviya ərəbləri hansı hökumətə layiqdir? Qəddafinin, yoxsa başqa birisinin hakimiyyətinə?
RUS ANTİKOMMUNİSTİ
Rus filosofu və millətçisi, yazıçı və publisisti, monarxist və Ağ Hərəkatın tərəfdarı olmuş, Rusiyadakı kommunist hökumətin qatı düşməni İvan İlyin (1883-1954) «Hər xalq öz hökumətinə layiqdir» ifadəsini «vicdansızlıq və axmaqlıq» adlandıraraq, yazırdı:
«Bəli, xalqın ağlı başındadırsa və hökuməti özü, azad yolla seçibsə, o doğrudan da öz hökumətinə cavabdehdir. Və heç şübhəsiz ki, işğal, müdaxilə, hücum, ... yalan, basqı, zorakılıq və inqilabi terror olmasa, dinc, uzunmüddətli milli inkişaf olsa, xalq ilə hökumətin arasında bir harmonik bağlılıq və oxşarlıq əmələ gəlir».
İVAN İLYİNİN SUALLARI
Aleksandr Soljenitsın kimi yazıçıya təsir edən və bu gün Vladimir Putinin sitat gətirdiyi İvan İlyin yazırdı ki, «axı rus xalqı bolşeviklərin hakimiyətinə necə layiq ola bilər?».
«Axı necə ola bilərdi ki, rus xalqı beynəlxalq yalana və zorakılığa, tarixdə görünməmiş totalitar təqib və terror sisteminə, inqilabçı işğal və basqıya «layiq» olsun?».
Bolşevik hakimiyyətini Rusiyanın ən dəhşətli hakimiyyəti, ən qorxulu düşməni hesab edən İvan İlyin qəzəblə soruşurdu:
«Xalq necə olmalıdır ki, belə laqeyd yanaşamya, belə alçaldılmağa, belə idarə olunmağa «layiq» olsun?».
«Sovet quruluşundan xəbərdar olan rus insanının «rus xalqı öz kommunist hakimiyyətinə cavabdehdir – bəyəndiyinə, ya da dözdüyünə görə» deməsi bağışlanmazdır».
SOVET KİMİ, AMMA PİS
Sovet quruluşunu gözü ilə görən, tanıyan insan başa düşür ki, bu günkü Azərbaycan hökuməti də, Rusiya, Özbəkistan, Türkmənistan, Qazaxıstan hökumətləri də sovet hökuməti kimi bir şeydir.
Sovet rejimindən fərqləndirən bir-iki xırda-para yaxşı cəhəti var, məsələn, şəxsi mülkiyyətə, ticarətə icazə verib, məscidlərin hamısını bağlamayıb, xaricə get-gəl var. Amma Azərbaycan hökumətinin sovet hökumətindən fərqli xeyli daha pis cəhətləri var – iqtidardakıların imtiyazları nəhəngdi, kasıb-küsubun, xalqın böyük hissəsinin hüquqları və qanun isə yox dərəcəsində...
AXIRINCI SUAL
Yaxşı, Azərbaycan xalqı hansı hökumətə layiqdir? Koreya və alman xalqı kimi acı taleyini yaşayan Azərbaycan xalqı? Bakıdakı hökumətə, yoxsa Tehrandakı? Ya da üçüncü və bu ikisindən fərqli hakimiyyətə?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.