Keçid linkləri

Təcili xəbərlər

Tibb üzrə Nobel mükafatı üç alimə verildi


Nobel mükafatının qalibləri
Nobel mükafatının qalibləri
Nobel Komitəsi elan edib ki, tibb və psixologiya üzrə Nobel mükafatı Amerikalı Brice Beutlerə, Lüksemburqlu Jules Hoffmanna və Kanadalı Ralph Steinmana verilir.

Bu üç alim Nobel mükafatına insanın immun sistemini daha yaxşı anlamağa imkan verən inqilabi işlərinə görə layiq görülüblər.

Beutler və Hoffman 1 milyon 460 min dollarlıq mükafatın yarısını böləcəklər, mükafatın digər yarısı isə Steinmana çatacaq.

Nobel Komitəsinin katibi Goran Hansson deyib:

“Mükafat iki yerlə bölünüb. Beutler və Hoffman anadangəlmə immunitetin fəallaşmasındakı kəşflərə görə mükafatın yarısını alırlar.
Steinman isə dendritik hüceyrənin kəşfinə və bu hüceyrənin uyğunlaşan ummunitetdə oynadığı rolu kəşf etdiyinə görə Nobel mükafatının ikinci yarısını alır”.

Nobel Assambleyasının üzvü Hans Gustaf Ljungrgren isə deyib: “Beutler, Hoffman və Steinman bizim ummun sistemi haqda biliklərimizdə inqilab etdilər və immunitetin fəallaşmasının əsas prinsiplərini kəşf etdilər. Onlar bununla xəstəliklərin qabağının alınmasında və müalicəsində yeni küçə açdılar”

Az sonra Nobel Komitəsindən daha bir xəbər gəldi.

Nobel mükafatı komitəsi bildirib ki, bu gün Nobel mükafatı alan Steinman cəmi bir neçə gün qabaq - sentyabrın 30-da, 68 yaşında ölüb.

Rockefeller Universiteti bildirib ki, Steinmanda 4 il əvvəl mədəaltı vəzinin xərçəngi var idi. O öz həyatını dendritik hüceyrəyə əsaslanan immunterapiya, müalicə ilə uzada bildi”.

Steinman bu gün məhz dendritik hüceyrənin və bunun immun sistemində rolunun kəşfinə görə Nobel mükafatı aldı.

Ən son yazılan

XS
SM
MD
LG