Keçid linkləri

Nobel mükafatı kainatın artan sürətlə genişləndiyini tapanlara verildi


Nobel mükafatı laureatları

Fizika üzrə Nobel mükafatı 3 amerikalı alimə - Saul Perlmutterə, Brian Schmidtə və Adam Riessə verilib.
Schmidt həm də Avstraliya vətəndaşıdır.

Nobel Komitəsinin izahına görə, bu üç alim kainatın artan sürətlə genişlənməsini aşkar ediblər.
Komitənin bəyanatına görə, bu fakt tamamilə gözlənilməz olub.
Hətta bunu tapan alimlərin özləri üçün də bu, sürprizdir.

Yeni Nobel mükafatı laureatları onlarla yeni yaranan, superyeni ulduzları öyrəniblər və məlum olub ki, kainat getdikcə artan sürətlə genişlənir.

Bu niyə böyük kəşf sayılır?

Fizika üzrə Nobel Komitəsinin sədri Borje Johansson deyib ki, “kainatın genişləndiyi 1920-ci illərdə tapılıb. Bu genişlənmə sürəti enerjidən asılıdır. Yalnız maddədən ibarət olan kainatın genişlənmə sürəti qravitasiyaya görə azalmalıdır. Hamı düşünürdü ki, genişlənmənin sürəti getdikcə azalmalıdır.”

10 milyon İsveç kronu, yəni təxminən 1 milyon 450 min məbləğində Nobel mükafatının yarısı Perlmutterə, qalan yarısı isə Schmidt və Riessə verilir.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG