Keçid linkləri

Təcili xəbərlər

Oktyabr bitmək üzrədir, qərar isə yoxdur


Türkmənistanda yeni qaz kəmərinini təməlqoyma mərasimi, 31 may 2010
Türkmənistanda yeni qaz kəmərinini təməlqoyma mərasimi, 31 may 2010
Bu günlərdə Türkmənistanda 26 trilyon qaz ehtiyatı olan yatağın aşkarlanması dünyanın «mavi möcüzəsi»lə bağlı olan dairələri sözün əsl mənasında şok vəziyyətinə gətirdi. Amma bu, sevinc və maraq dolu şok idi.

Elə təxminən bu vaxtlarda da Avstriyanın prezidentinin Azərbaycana səfəri oldu. Bu səfər zahirən elə bir diqqət çəkmədi. Bəlkə ona görə ki, AB Avstriya prezidentinə qaz ixracı ilə bağlı danışıqlar aparmağa bilavasitə mandat verməmişdi. Zira onun İlham Əliyevlə görüşündə ilk toxunulan məsələ məhz «Cənub qaz dəhlizi» məsələsi oldu. Amma İ.Əliyev avropalı prezidenti sevindirə biləcək bəyanat vermədi, əksinə Azərbaycanın hələ ixrac marşrutu ilə bağlı seçim etmədiyi haqda bəyanatı ilə bəlkə də onu bir qədər məyus etdi.

Fəqət, İ.Əliyevin də sərəncamında olan vaxt tükənmək üzrədir. Bir neçə ay bundan əvvəl belə bir məlumat yayılmışdı ki, AB Azərbaycana oktyabr ayının sonuna qədər öz mövqeyini müəyyənləşdirmək üçün vaxt verib. Böyük layihələrdə həmişə pessimistlər mövcud ehtiyatların məhdudluğundan gileylənirlər. Fəqət, indi məlum olur ki, Türkmənistan öz qaz ehtiyatlarına görə dünyanın ən öndə gedən ölkələrindən biridir. Bundan başqa, AB Qazaxıstanı da qaz layihəsinə cəlb etmək haqda düşünür. Bütün bunlarsa o deməkdir ki, qaz ehtiyatlarının məhdud olması haqdakı proqnozlar bu dəfə marağı azaltmaq, işi soyutmaq iqtidarında olmayacaq, dünya artıq əbədi pessimistlərin proqnozlarını qəbul etmir, çünki reallıq başqadır. Amma nə edəsən ki, belə iri layihələr bir neçə aspektdən risklilik dərəcəsinə görə qiymətləndirilir. Geoloji qiymətləndirmə müsbət proqnozlar verəndə, optimistlər başqa parametri – siyasi riskləri ön plana çəkməyə cəhd edirlər.

DMİTRİ MEDVEDEV KİMİN QAZINI BÖLÜŞDÜRÜR?

Doğrudan maraqlı sualdır. Elə adamlar var ki, başqalarının
Dmitri Medvedev
Dmitri Medvedev
pullarını saymaq onlara xüsusi ləzzət verir. Bəzi ölkələr də belədir, o cümlədən də bu Rusiya.
Yeni qaz yatağı haqda xəbər təzə yayılmışdı ki, Dmitri Medvedev ölkəsinin ən mühüm strukturlarından birində – Təhlükəsizlik Şurasında «Transxəzər» qaz kəmərinin çəkilişinin bütün sahil ölkələri ilə razılaşdırılmasının vacib olması haqda bəyanat verdi. Çox güman ki, İran da bu mövqedədir, çünki məhz bu iki ölkə neçə illərdir Xəzərin statusu haqqında məsələni «ölü nöqtə»dən bir azca da olsa, tərpənməyə imkan vermirlər.

Bu günlərdə Vladimir Putin öz ölkəsinin valyuta ehtiyatı haqda məlumat verdi – bu, təxminən 500 mlrd dollar təşkil edir. Şübhəsiz ki, bu ehtiyatın əhəmiyyətli bir hissəsi Mərkəzi Asiya qazının ixracı hesabına yaranıb. Təbii ki, Rusiya bu imkanı itirmək istəmir. Həm də Rusiya dünya qaz bazarında öz mövqelərini də əldən verməyə meylli deyil.

Təbii ki, bir çox məsələlər Azərbaycanın və Türkmənistanın rəyində asılıdır.
Qəribədir ki, Türkmənistan prezidenti bu günlərdə öz ölkəsinin «Cənub qaz dəhlizi» layihəsinə qoşulmağa hazır olduğunu bildirmişdi, Azərbaycan isə hələ düşünür və götür-qoy edir...

QAZ ƏVƏZİNƏ SİYASİ REJİMƏ QARŞI LOYALLIQ

Avropadan fərqli olaraq Rusiyanın sərəncamında bir siyasi alət var. Rusiya bütün siyasi rejimlərə, o cümlədən də Azərbaycan və Türkmənistandakı bu siyasi rejimlərə nəinki loyallıq nümayiş etdirə, hətta onları dəstəkləyə bilər.

İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin
Azərbaycana tətbiqən Avropanın bu imkanları onun özünün qlobal siyasət maraqları ilə məhdudlaşır, çünki Avropa Azərbaycanı özünün yaxınlığında görmək istəyir. İ.Əliyev isə Rusiya amilinə çox həssas yanaşır. Bu da təsadüfi deyil, çünki Rusiya bir çox avtoritar liderlər üçün əsl istinad nöqtəsidir. Nə Avropa, nə də ABŞ İ.Əliyevin qeyri-məhdud müddətə ölkə başçısı olmaq planlarını açıq şəkildə dəstəkləyə bilməz. Söz yox ki, belə bir vəziyyət artıq Türkmənistanda və Qazaxıstanda mövcuddur, amma Xəzərin Qərb sahilində yerləşmək Azərbaycana bir qədər fərqli məzmun verir.

Yaxınlarda Polşada keçirilən sammitdə üç Qafqaz ölkəsinə və o cümlədən də Azərbaycana «Şərqi Avropa ölkəsi» statusu verildi. Bu status siyasətə də bir qədər fərqli məzmun verməyi diktə edir. 2013 ilə hələ iki il qalsa da, bu vaxt siyasət üçün elə də böyük müddət deyil. 13 ədədi bu dəfə də özünü siyasi rakursda sınamalı olacaq. Hə halda, o, bir çox mənalarda mühüm olacaq. Diqqət çəkən detal da budur ki, qlobal qaz axını layihələri də elə bu günün və sabahın işi deyil, onların da reallaşması bir neçə il çəkəcək və bu illər əsl siyasi pauza dövrü ola bilər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG