Keçid linkləri

Təcili xəbərlər

Məşhurlaşan Qaddafi


Muammar Qaddafi
Muammar Qaddafi
Bu həftə bloqqerlər daha çox Liviya lideri Muammar Qaddafinin öldürülməyi ilə bağlı bloq yazıblar. Bloq yazılarını sizə təqdim edirik.

Son günlər Qaddafinin məşhur olmasından danışan Emil yazır:

«Bu günlərdə Qaddafi öz məşhurluğunun pik nöqtəsindədir. Bütün dünya ondan danışır. Hamı Qaddafidən yazır, ya da ondan yazanların əleyhinə yazır. Bir neçə gün idi yazılanları (köşə yazıları, bloq yazıları, statuslar, tvitlər) izləməklə məşğul idim, amma fikirlərimi ifadə edən bir yazıya rast gəlməmişdim.

Amma bayaq Hürriyetin köşə yazarı Ahmet Hakanın son köşə yazısını oxudum. Qısaca olaraq Qaddafi məsələsinə də toxunmuşdu. Və mən axtardığım şeyin məhz bu olduğunun fərqinə vardım».

Passat33 və Fuad Şahbazov Qaddafii barədə fikirlərini paylaşıblar.

AİLƏ PORTRETİ

Saatlıya səfər edən edən bloqqer Müşviq orda görüşdüyü Səfərovlar ailəsi barədə xatirələrini ömrü boyu unuda bilməyəcəyini deyir:

«Bu gün işimlə əlaqədar ziyarət etdiyim Saatlı rayonun Molday kəndində yaşayan ailəni ömrüm boyu unutmayacam. Həsən artıq öz küçələrində ki, torpaq təpəsinin üstündə bizi gözləyirdi. Sarıışın , orta yaşlı, gözləri gülən və iki qolu anadan gəlmə olmayan bir insan. Gördüyümdə bir az həyacanlandım da. Karıxaraq salam vermək üçün əlimi uzatdım, amma gəcdə olsa (anlayıb!) əllərimi kürəyinə yavaşca vurdum. Utandım. O, heç halını pozmayıb gülümsəyib «Salam» dedi. Sanki, bizi gözləyirmiş kimi, həyətdən iki qız uşağı qapıdan küçəyə boylandı. Gözləri gülümsəyən bu iki fidanın adı Günel və Günaydır. Hər ikisinlə görüşüb həyətə keçdik.

Uşaqlar əlimdə fotoaparat görüb sevindiklərindən oynayırdılar. Gah məni həyətlərində ki, buzovların yanına, gah yaşadıqları bir otaqlı palçıq evin önünə, gahda indi tikilməkdə olan yeni evlərinin piləklərinə cağırıb şəkil çəkdiridilər. Günel 3-cü sinifdə, Günay isə 4-cü sinifdə oxuyur. Atası bir az fəxrlə dedi. Sonradan öyrəndim ki, ailə bu uşaqları yaxın qohumalarında himayə üçün götürüb. Bir az keçəndən sonra qızlar analarını və atası Həsəni məcbur etməyə başladılar ki, onlarda çəkdirsinlər».

İDEYA, DƏYİŞİKLİK VƏ İNKİŞAF barədə bloq yazan Etibar Salmanlı yeni ideyaları reallaşdırmaq üçün komandanın olmasını əhəmiyyəti olduğu qənaətindədir:

«Hər yeni ideyanın yaradıcısından (daşıyıcısı) başqa komandası da olur. Komanda vacib faktorlardan biridir hətta mənim fikrimcə birincisidir. (İdeyanın yaradıcından sonra) O komanda olmasa ideya inkişaf edə, qabağa gedə, uğur qazana bilməz. Həmçinin hər ideyanın başlanğıc nöqtəsi olduğu kimi son dayanacağı da olur. İdeya yaranacaq, inkişaf edəcək, onu yaradan şəxsə və komandaya nüfuz gətirəcək…Və bir gün sonlanacaq. Sən o ideyanın yaradıcısı kimi yox olmamaq ya ideyandan vaz keçəcəksən ya da komandanı dəyişəcəksən. (Əgər həqiqətən ideyanın yaradıcısı və əsas daşıyıcısı sənsənsə). Ona görə də sən komandavı dəyiş, ideyana heyfin gəlsin. Yox sən komandandan vaz keçmək istəmirsənsə(şəxslərdən), onda komanda daxilində vəzifələrin yerini dəyiş. Dəyişməsən qabağa getmək, inkişaf etmək mümkün olmayacaq…»
XS
SM
MD
LG