Bu həftə bloqqerlər müxtəlif mövzulardan yazıblar. Bloqqerlərin yazdıqlarını oxuculara təqdim edirik:
Bloqqer Dilqəm Əhməd noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanmış yazıçı Rafiq Tağının ölümü ilə bağlı bloq yazıb. Tarixi nümunəylə bloq yazan Dilqəm Əhməd kilsənin orta əsrlərdə Galileo Galilei və Charles Darwin barədə verdiyi qərarlara görə üzr istədiyini xatırladır. Bloqqer soruşur ki, Nəsimiyə, Mirzə Fətəli Axundova, Asif Ataya görə üzr istəyəcək böyüklükdə olacaq insan varmı?
DÖZÜMLÜ XALQIQ BİZ?!
«Hə, bizim bir də Qarabağ, Sarı Gəlin, dolma dərdimiz var, axı. Nə Qarabağın, nə dolmanın, nə Sarı Gəlinin bizim olduğunu sübut edə bilməyəcəklər.
Mənim isə hər gün yeni bir dərdim var. Bu gün mənim dərdim yazar, həkim Rafiq Tağının göz görə-görə öldürülməsidir. Bu gün mənim dərdim Azərbaycan xalqının həyatının məhv edilməsi, talanmasıdır. Yediyi dolmanın, dinlədiyi musiqinin hansı xalq mənsub olmağı deyil»- bunu yazan bloqqer Bəyim Həsənlidir.
ÇAKRA SİSTEMİ AZƏRBAYCANDA
Bəstəkar Elmir Mirzəyev Hinduizmin çakra sistemini Azərbaycan ziyalısına uyğunlaşdırmağa cəht edib. «Azərbaycan «ziya(n)lısı» adlanan varlığın nurlanma mərhələlərinə kiçik bir baxış» adlı bloq postunda bəstəkar yazır:
«Hinduizmin çakra sistemindən xəbəri olanlar yəqin ki, bu qrafikadakı təsviri çox rahat anlayar. Bu sistemə görə insan varlığının 7 əsas energetik nöqtəsi var və insanın nurlanmasının mümkünlüyü enerjinin aşağıdan yuxarıya pillə-pillə qalxması ilə bağlıdır. Ən aşağı çakra Muladhara olub cinsəl orqanlarla, həyatın özülü ilə bağlıdır, ən yuxarı çakranın isə ismi Şahasrara (diqqət ediniz lütfən: kökü Şah kəlməsindən gəlir) olub artıq ən yüksək sferalara, göylərə ucalma, somathi (bir növ hinduizmin nirvanası) ilə bağlıdır. Bundan aşağıdakı çakralar müvafiq olaraq Acna (iki qaşın ortasında, beyin nahiyəsində yerləşir) ail şüuru ehtiva edir, ondan aşağıdakı Vişuddha (boğaz çakrası) rasional məntiqi təfəkkürü, oradan aşağıdakı Anahata (qəlb çakrası) empatini, hissləri ehtiva edir, bir qədər sonra gələn Manipura (göbək çakrası) isə qarını, bundan başqa özünəinamı ki, bizdə əslində bu qarınla çox bağlıdır, hakim hissləri (bu da eləcə) ifadə edir, sonra gələn Şvadhisthana çakrası isə arzular və həzz ilə bağlıdır.
Eyniylə də bizim «ziya(n)lı» adlanan varlıqlar da bu mərhələni keçir – baza kimi yaltaq və təlxək olmaq gərəkdir, bu da həyatın özülüdür. Sonrakı ilk addım onlara «ilham verir» və onlar «arzulara» dalırlar, Manipura isimli qarın mərhələsinə çatanda artıq yetkinləşmənin ilk təzahürləri görünür».