Keçid linkləri

Təcili xəbərlər

Daxili telefon danışıqları pullu olacaq


Foto: Arxiv
Foto: Arxiv
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Tarif Şurasına şəhərdaxili telefon danışıqlarına vaxt hesabı ödəniş sistemi müəyyən edilməsi ilə bağlı iki variant göndərib. Bu barədə «Trend»ə nazirlik yanında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (İB) baş direktoru Beytulla Hüseynov deyib. Onun sözlərinə görə, ümumi istifadədə olan telefon şəbəkəsinin birinci paketdə danışıqların yuxarı limitinin hər əlavə dəqiqəsi 0,01 manata başa gələcək.

Beytulla Hüseynov bildirib ki, birinci paket iki manat həcmindəki mövcud aylıq abunə ödənişinin saxlanmasını nəzərdə tutur ki, bura 450 dəqiqə limiti daxil ediləcək. Danışıqların əlavə dəqiqələrinin qiyməti 0,01 manata başa gələcək.

Beş manat dəyərində olan ikinci paket telefon rabitəsindən limitsiz istifadəni nəzərdə tutur. Bununla yanaşı, abunəçilərə əlavə üstünlüklər təqdim ediləcək. Bunlar genişzolaqlı ineternetə avtomatik qoşulma, multimedia xidmətləri və s.-dən pulsuz istifadədir:

«Bizim hesablamalarımıza görə, hazırda abunəçilərin 80 faizindən çoxunun danışıqları ayda 450 dəqiqəni ötmür. Hazırda vaxt hesabı ödəniş sistemi CDMA simsiz şəbəkəsində tətbiq edilir. Stasionar rabitədə vaxt hesabı ödəniş sisteminin tətbiqi rabitədə tariflərin artırılması məqsədini daşımır. Orada abunəçilər üçün bir sıra üstünlüklər və güzəştlər nəzərdə tutulub. Məsələn, ikinci paketdə beynəlxalq zənglərə olan borclara görə abunəçinin telefon xətti bağlanmayacaq».

Beytulla Hüseynov deyib ki, bu və ya digər paketin seçimi abunəçidən asılı olacaq.
Əvvəllər İB-dən Trend-ə verilən məlumata əsasən, vaxt hesabı ilə ödəniş sisteminin tətbiqi gələn ilin əvvəlində gözlənilir və bu gün operatorun infrastrukturu ümumilikdə bu xidmətlərin tətbiqinə hazırdır.

Ən son yazılan

XS
SM
MD
LG