Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan Çinlə təhsil müqaviləsi imzalayacaq


Bu il Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlıq müqaviləsi imzalanacaq.
Bu barədə Çinin Azərbaycandakı səfiri Xun Tsyuin AzərTAc-a məlumat verib.

“Hazırda Azərbaycanın ali məktəblərində çoxlu çinli tələbə vardır. Eyni zamanda, Çində də xeyli azərbaycanlı gənc təhsil alır. Bu il ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalamağı nəzərdə tutmuşuq. Bütün sənədlər artıq hazırdır. Mən artıq bununla bağlı Çin tərəfdən tapşırıq almışam. İstənilən vaxt Təhsil Nazirliyinin nümayəndələri ilə birgə həmin müqaviləni imzalamağa hazıram”.

Səfir bildirib ki, bu sazişin imzalanması təhsil sahəsində əməkdaşlığın gələcək inkişafı və möhkəmlənməsi üçün zəmin yaradacaq.
XS
SM
MD
LG