Keçid linkləri

Təcili xəbərlər

“Ərəb baharı”na türk şairi ilham verib?!


Necip Fazıl Kısakürek-in 1965-ci ildə Kayseriyə gəlişi
Necip Fazıl Kısakürek-in 1965-ci ildə Kayseriyə gəlişi

Sevda İsmayıllı


“ƏRƏB BAHARI”NA TÜRK ŞAİRİ İLHAM VERİB?!


“Misirdən başlanan “Ərəb baharı” Necip Fazıl Kısakürekdən təsirlənən düşünürlər sayəsində gerçəkləşdi”

Bu sözləri Habertürk-ə Necip Fazıl Kısakürek-in araşdırıcısı yazıçı Mustafa Miyasoğlu söyləyib.

Kısakürüek-in “Böyük Doğu Tezi”nin (Hərakatının) hələ də gündəmdə qaldığını bildirən araşdırıcı Misirdə Mübarək rejiminə üsyan bayrağı ucaldanların öndərlərindən birinin misirli professor Dr. Muhammed Harb. Miyasoğlu olduğunu xatırladıb: “Miyasoğlu Necip Fazılın əsərləri ilə formalaşıb, Türkiyədə tarix doktoluğu yapıb. O, dostları və tələbələri ilə “Ərəb baharı”nı alovlandırıb. “Ərəb baharı”na Necip Fazılın əsərləri ilham verib”.

KISAKÜREK 108 YAŞINDA...

1904-cü il mayın 26-da doğulan, Türkiyənin ən önəmli fikir və ədəbiyyat adamı olan Necip Fazıl Kısakürek həm də ölümünün 29-cu ilində (mayın 25-ı) anılır.

Kısakürek İstanbul-Çemberlitaşda əsilli-nəsilli bir ailədə dünyaya gəlib.

Başı normadan böyük doğulduğundan, həm də ailənin tək oğlan uşağı olduğundan hədsiz diqqət mərkəzində olub.

Yaxşı təhsil görüb.

Bahriyye məktəbində ingiliscəni mükəmməl öyrənib. Oskar Uayld (Oscar Wilde) və Uilyam Şekspirin əsərlərini orijinalda oxumağa başlayıb.

SORBON UNİVERSİTETİNİ BİTİRİB

Cümhuriyyətin qurulmasından sonra Avropaya təhsilə göndərilən ilk tələbələrdən olub. Sorbon universitetinin fəlsəfə fakültəsində oxumağa başlayıb.

12 yaşından şeir yazmağa başlayıb. 17 yaşından şeirləri çap edilib.

Hələ gənc ikən yazdığı dram əsərləri teatr səhnələrində oynanıb.

Necip Fazıl Kısakürek-in məzarı
Necip Fazıl Kısakürek-in məzarı
Parisdən qayıdandan sonra yazdığı “Örümcek Ağı ve Kaldırımlar” kitabı ilə şöhrəti yaxalayıb.

UÇURTMA UÇURMUŞUM...

1934-cü ildən həyatının yeni dönəmi başlayıb.

Beyoğlu Ağa Camii-də vaiz Abdülhakim Arvasi ilə tanış olub.

Şeirlərində bu tanışlığın yaratdığı dönüş nöqtəsini belə ifadə edib:

“Tam otuz yıl saatim işlemiş, ben durmuşum;
Gökyüzünden habersiz, uçurtma uçurmuşum...”

Şair bundan sonra islami kimliyi ilə öndə olub və dərs kitablarından şeirləri çıxarılmağa başlayıb...

ŞAİRLƏRİN SULTANI...

Həyatının bu yeni dönəmində ustad bir-birindən dəyərli dram əsərləri yaradıb.

“Büyük Doğu” dərgisini çıxarmağa başlayıb.

Yuxarıda bəhs etdiyimiz Böyük Doğu Hərəkatını da bu dərgidən duyurub.

Dərgi dəfələrlə qapadılıb, Kısakürek dəfələrlə həbsə düşüb.

Amma bənzərsiz şeirlər yazmağa davam edib...

Saysız mükafatlar qazanıb.

Hətta 1980-ci ildə Türk Ədəbiyyatı Vakfının “Sultanü'ş-Şuara'' (Şairlərin Sultanı) adına layiq görülüb.

Yeri gəlmişkən, bu il Azərbaycanda ustad şairin “Dünya ədəbiyyatı kitabxanası” seriyasından “Seçilmiş əsərləri” işıq üzü görüb.

BENİ ALIP GÖTÜRSÜN...

Necip Fazıl Kısakürek 1983-cü il mayın 25-də dünyaya vida edib.

Yetmiş doqquz yaşın tamamına bir gün, səksən yaşın tamamına isə bir il bir gün qalırdı...

Ustad şair vəsiyyətini də şeirlə yazıb:

Son günüm olmasın çelengim top arabam
Beni alıp götürsün tam dört inanmış adam…

Elə də olub...

Mayın 25-i bu böyük ustadın—“kaldırımlar şairinin” ölüm günü, mayın 26-ı isə doğum günüdür.

Gəlin, onun ruhunu Azərbaycanda da çox sevilən “Sakarya türküsü” ilə yad edək. Türk dünyasının başqa bir böyük oğlu Əbülfəz Elçibəyin ifasında.

Ən son yazılan

XS
SM
MD
LG