Keçid linkləri

Təcili xəbərlər

19 il bundan əvvəl kim qurtuldu?


Arxiv foto
Arxiv foto
Tarixlə bağlı bir deyim var:«folk history». Yazılanlar və deyilənlər həqiqət və fakt olmadıqda, ciddi elmi əsaslara söykənmədikdə onları belə adlandırırlar. İndi bu «Qurtuluş» günlərində fasiləsiz tarixi süjetlərə, sənədli və sənədsiz filmlərə baxanda ağlıma başqa bir şey gəlmir. Üstəlik, məni bu ildən də çox növbəti il narahat edir, çünki gələn il H.Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin 20– ci ili tamam olacaq. Azərbaycanda bu cür əlamətdar tarixlərin hansı təntənə və coşqu ilə qeyd olunduğunu oxucular bizdən də yaxşı bilirlər. Lakin hətta ciddi hadisələr belə həmişə bir gülüşlə müşayiət olunur, nəinki indi ölkənin yaşadığı bu bayramlar. YAP – çılara elə gəlir ki, «Qurtuluş» günündə onlar H.Əliyevin böyük hakimiyyətə növbəti gəlişini bayram edirlər. Amma fərqli düşünənlər də var. İ.Qəmbərin fikrincə, YAP–çılar onun vəzifədən getməsini bayram edirlər. Biz bu iki versiyadan hansının doğru olduğunu araşdırmağı (bəklə də aydınlaşdırmağı!) siyasətçilərin öz öhdəsinə buraxırıq. Maraqlı və bəlkə də ibrətamiz olan başqa bir sualdır: 19 il bundan əvvəl nə baş verdi?

H. ƏLİYEV HAKİMİYYƏTƏ NECƏ GƏLDİ?

Hər «Qurtuluş» günündə bu sualın cavabını düşünürəm. YAP-çılar indi öz liderlərinə olan ümumxalq sevgisindən danışırlar. Lakin H. Əliyevin növbəti qayıdışı üçün bir dənə belə olsun izdihamlı mitinq olmamışdı. Məncə hakimiyyətə növbəti gəlişi üçün H. Əliyev otuz faiz Ə. Elçibəyə, otuz faiz S. Dəmirələ, daha bir otuz faiz isə S. Hüseynova minnətdar olmalıdır. Ə. Elçibəy onu Bakıya vəzifəyə dəvət etməklə həm ona olan sədaqətini, həm də türk siyasi elitasını və onların «Heydər bəylə yaxın ol! Onu dövlət işinə daha çox cəlb et!» kimi məsləhətlərini eşitdiyini və bu məsləhətlərə diqqətli olduğunu sübut etdi. O biri məsələyə, S. Dəmirələ gəldikdə isə, onun H. Əliyevə böyük siyasi dəstək verməsinin əsl motivi və səbəbləri hələ də aydın deyil. Tanışlıqları hələ 60-cı illərə təsadüf edən bu iki siyasətçini bəzi ehtimallara görə böyük dostluq əlaqələri bağlayırdı. Ə. Elçibəy şəxsi söhbətlərində həmişə H. Əliyevin adını S. Dəmirəllə qoşa çəkirdi. Digər tərəfdən isə klassik siyasətçi olan S. Dəmirəl Ə. Elçibəy kimi «həvəskar»ı qəbul edə bilməzdi. Təsadüfi deyil ki, bir dəfə öz müsahibəsində S. Dəmirəl dedi ki, Ə. Elçibəy vətənpərvər insan idi, amma bu siyasət deyilən sənət birinci növbədə səbr tələb edir. S. Hüseynovu H. Əliyev sadəcə aldatmağa müvəffəq oldu. Sonradan məlum oldu ki, S. Hüseynovun ətrafı ona bir neçə dəfə H. Əliyevə aldanmamağı məsləhət görübmüş, amma S. Hüseynov onları eşitməyib. Ümumilikdəsə, 93–ün iyunu daha çox keçmiş sovet nomenklaturasının qiyamı idi. İndi vəzifədə olanlara diqqət yetirin. Bu insanların böyük əksəriyyəti keçmiş sovet nomenklaturasına aiddir. O vaxt onların özlərinin qiyam etməsi üçün nə cəsarətləri, nə də ki, buna potensialı vardı. S. Hüseynov hadisəsi və Ə. Elçibəyin H. Əliyevlə olan əlaqələri bunlara yeni nəfəs və həyat verdi. Sovetin vaxtında onlar böyük vəzifələr tutmuşdu.

Amma mülkiyyət sahibi deyildilər və ən başlıcası isə böyük mülkiyyət və əsl hakimiyyət ərəfəsində onlar, necə deyərlər, qıraqda qalmışdılar. H. Əliyevin qayıdışı onları xilas etdi, onları təzədən hakimiyyət və sərvət sahibi etdi. Bu gün onlar informasiya əldə etməklə, kommersiya sirri ilə bağlı qanunlara bir neçə düzəliş etməklə böyük müəssisələrin, böyük iqtisadiyyat sektorlarının onlara məxsus olduğunu gizlətməyə çalışırlar. Ona görə də onların qurtuluş gününü qeyd etmələrinin səmimiliyinə inanmaq olar, o gün onlar həqiqətən də qurtulublar. Təsadüfi deyil ki, H. Əliyevin onlara ən çox xatırlatdığı kəlmə «Mən sizə çörək vermişəm!» cümləsi idi. Onlar da bunu unutmayıblar və elə sözün əsl mənasında da bu çörəyi itirməmək üçün əllərindən gələni edirlər ki, hakimiyyətdə qalsınlar. Çünki bilirlər ki, getsələr hər şeyi itirəcəklər və bir daha heç kim onları hakimiyyətə qaytarmayacaq...

VƏZİFƏDƏKİLƏRƏ SƏRVƏT, XALQA İSƏ ƏYLƏNCƏ...

Bəli, xalqa yalnız əyləncə qaldı. Xalq da bundan artığına iddia etmədi. Əgər buna inanmırsınızsa indi baş verən əsas prosesə–Sovet dövründəki əmanət əvəzinə insanlara payalanan kompensasiyalara diqqət yetirin. Kimsə etiraz edirmi? Kimsə bu əmanətlərin ədalətli ödənişini tələb edirmi? Əsla! Deməli hamı «Qurtuluş»dan ona çatan payla razıdır. Başqa nə lazımdır ki?!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG