Keçid linkləri

Təcili xəbərlər

Samsung Apple-ə qalib gəldi


iPad və Samsung Galaxy
iPad və Samsung Galaxy
-

Britaniya məhkəməsi Apple və Samsung şirkətləri arasında patent mübahisəsində Samsungun lehinə qərar verib.

Apple Samsungu məhkəməyə vermişdi ki, Samsung öz tabletlərinə dizaynı Apple-dən götürüb.

Hakim bildirib ki, Samsungun Galaxy tabletləri Apple-ın iPad-larının «dizaynını təkrarlamır, çünki onlar kimi yaraşıqlı deyillər».

Hakim deyib ki, Galaxy kompüterlərinin Apple-dəki «anlaşılan və çox sadə dizaynı yoxdur».

Apple Samsungu 10 ölkədə məhkəməyə verib.

London məhkəməsinin qərarından sonra Samsung Apple-i dizayna görə həddən artıq məhkəmə iddialarında günahlandırıb. Apple isə bildirir ki, Samsung onun tabletlərini təkrarlayır və məhkəmə iddialarını davam etdirəcək.
XS
SM
MD
LG