Keçid linkləri

Təcili xəbərlər

Yorğanın altındakı nədir?


Sevda İsmayıllı
Sevda İsmayıllı
-
«Ayağını yorğanına görə uzatmaq» ifadəsini heç sevmirəm.

Nədən ki, bütün ömrümü ayağı yorğanın altında keçirdim.

Həyatımın müxtəlif dövrlərində gözümü dünyaya açıb, bir az dəbərib başqalarının necə gün keçirməsinə baxmaq istədim.

Fərqli dünyalar, fərqli insanlar, fərqli yaşayışlar olduğunu bildim.

Ayağımı yorğanın altından çıxarmaq istəyəndə...
...bu atalar məsəli mənim atamı yandırdı.

Hər yerdən—atadan-anadan, bacıdan-qardaşdan, qonum-qonşudan, hətta dövlətdən (!) bu nəsihəti eşitdim.

Tez kiçik yorğanımın altına girəsi oldum.

Hətta yorğandan çıxar deyə--bir az ayağımı yığdım da...

Həyatımı ayağı uyuşuq və büküşük yaşadım.

Artıq yaşlanmışam.

Ayağım yenə yorğanın altındadır.

Bir az yığılı...

Bir az çəkingən...

Bir az da zəif...

Amma bu uzun yaşamımda, heç dünyanı demirəm, öz ölkəmdə ayağını yorğanından çıxarıb dünyanı dolaşan neçə ayaqlar gördüm...

Dünyanın burasından vurub orasından çıxan adamlar olduğunu duydum.

Hər məmləkətdə özünə yurd salıb güzəran quran, yorğan açıb kef içində yatan-duran neçə insanlar tanıdım.

Bir ölkəni özəlləşdirən varlıqların varlığını duydum.

Mən yenə yorğanda qaldım...

Nə borcum var, nə də borc almaq istəyim.

Amma mən niyə özümü «tam əmin və rahat» hiss etmirəm?

Nədən?

Sizcə nədən?

Bəlkə yorğandan?

Bəs nədən?!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG