Keçid linkləri

Təcili xəbərlər

Despotlar və idmançılar


Belarus prezidenti Alexander Lukashenko danimarkalı tenisçi Caroline Wozniacki (sağda) və belaruslu Victoria Azarenka ilə birlikdə. 19 noyabr 2010. Minsk
Belarus prezidenti Alexander Lukashenko danimarkalı tenisçi Caroline Wozniacki (sağda) və belaruslu Victoria Azarenka ilə birlikdə. 19 noyabr 2010. Minsk
A. Lukashenkonun London olimpiadasına buraxılmaması xəbəri çox tez hər yana yayıldı. Tək Rusiya Milli Olimpiya Komitəsindən savayı bir kimsə buna etiraz etmədi.

Təəssüf doğuran budur ki, belə qərarlar hələki bir növ selektiv olaraq şamil edilir, çünki keçmiş SSRİ – nin elə bölgələri var ki, orada despotizmin səviyyəsi Belarusdakından heç də az deyil. Vallah, o keçmiş SSRİ adlanan məkanda elə despotlar var ki, imkanlarıı olsaydı Lukashenkodan beş qat artıq qəddar olardı. Lakin nə etmək olar? Hələki cəmiyyətlər qəddar rejimləri aşkar etməkdə dövlətlərdən daha həssasdırlar. Həm də insanlar bu prosesdə bir növ çaşırlar, onlara elə gəlir ki, despotik rejimlər idmana daha diqqətli olurlar. Amma əslində belə deyil. Sadəcə, bu rejimlər bər–bəzəyi və dekorasiyanı sevirlər. Onların idmançılara göstərdiyi səxavət isə talan edib topladıqları sərvətin heç milyondan bir hissəsi deyil. Normal situasiyada bir sərbəstlik olur və idman özü də peşəkarlaşır, idmançı özü qazanmağa cəhd edir və yaxşı da qazanırlar. Despotik ölkələrdə isə idmançı da quldur, daha çox dövlətdən və müxtəlif idman qurumlarından asılıdır. Onlar belə ölkələrə bir göstərici kimi lazımdırlar. Bu əlli il bundan əvvəl də belə olub, indi də elə belədir.
İ.STALİNİN İDMAN NAZİRİ KİM İDİ?
Vladimir Lenin və Stalin
Vladimir Lenin və Stalin
Despotlardan İ.Stalin özünə və yaxınlarına qarşı qəddarlığı ilə də seçilib. Bu adam heç kimi və heç nəyi bağışlamırmış. Lakin o da idmanı özünün adi bir macəra əhli olan oğlu V.Cuqaşviliyə tapşırmışdı. Adətən belə hallarda oğul hansı sahəyə təhkim edilirsə dərhal bütün dövlət institutları da elə həmin o sahəyə işləməyə və onu qaldırmağa yönəlirlər. Zahirən də belə təsəvvür və rəy yaranır ki, bax, filankəs, çox yaxşı işləyir, çalışır. Daha demirlər ki, buna təəccüb etmək lazım deyil, hamını bu istiqamətə səfərbər ediblər, ona görə işlər belə yaxşı gedir. Nəticədə də hamının əməyi bir nəfərin adına yazılır. O bir nəfərin işi isə əksər hallarda sadəcə qırmızı lenti kəsmək olur. Uzağa da getmək lazım deyil. H.Əliyevin vaxtında da Milli Olimpiya Komitəsinə rəhbər olmaq İ.Əliyevə həvalə edilmişdi. Qaçqınların uçuq daxmalarda, düşərgədə yaşadığı bir vaxtda az qala bütün rayonlarda olimpiya mərkəzləri tikilirdi və insanlarda da belə təsəvvür yaranırdı ki, bu qurum hamıdan çox işləyir. Ona başçılıq edən şəxs isə çox bacarıqlıdır və çox az adam düşünürdü ki, qayçı ilə qırmızı lenti kəsmək bir o qədər də böyük fədakarlıq deyil. Elə o vaxtdan bu günə qədər idmanla bağlı bütün nailiyyətlər Əliyevlərin adı ilə bağlanır.
2003–cü ildən sonra isə bura mədəniyyət də əlavə olunub və bütün mədəni tədbirlər müstəsna olaraq onların milli mədəniyyətə göstərdikləri qayğının təzahürü kimi təqdim edilir. Hətta iş o yerə çatdı ki, böyük mahnı festivalına rəhbərlik məlum ictimai fonda təhkim olundu və hətta qələbə də onun adına yazıldı.
MƏMURLAR VƏ İDMAN
İdman federasiyalarının nazirlərə təhkim edilməsi də adi haldır. Belə bir fikir yaranır ki, onlar sadəcə prezidentin tapşırıqlarını yerinə yetirirlər, qələbənin çələngi yenə də prezidentin payına düşür. Amma bu prosesdə maraqla olan başqa bir detaldır. Bu yolla faktiki olaraq etiraf olunur ki, bu ölkədə hər şeyə qadir olan bir zümrə var – onlar da yüksək çinli məmurlar, nazirlərdir. İdman bu prosesdə faktiki olaraq «çirkli pullar»ın yuyulduğu ünvana çevrilir. Sadə situasiyada nazir sadəcə məmurdur, o, heç bir maliyyə resurslarına və azad işgüzarlara göstəriş vermək üçün heç bir səlahiyyətə malik deyil. Əvvəl bir detalı qeyd etdim ki, azad ölkələrdə böyük idman böyük biznesdir. Despotik ölkələrdə də idmanın nazirlərin əlində cəmləşməsi təsadüfi deyil, o səbəbə görə ki, belə ölkələrin böyük biznesmenləri də elə nazirlər olur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG