Keçid linkləri

Təcili xəbərlər

Səsdən 6 dəfə sürətli təyyarə


Waverider
Waverider
Kaliforniyada Waverider adlı yeni uçan aparatın sınağı keçirilib.

Gələcəkdə hipersürətli təyyarələr məhz bu Waveriderə əsaslanmalıdır.

Waverider səsdən 6 dəfə sürətlidir. O, sınaq vaxtı saatda 6 min km-dən 7 min km-ə kimi sürət göstərib.

Waverider B-52-nin qanadi altda
Waverider B-52-nin qanadi altda

Boeing şirkətinin hazırladığı yeni aparat aviasiya mərmisinə bənzəyir.
Onu B-52 bombardmançı təyyarəsindən buraxmaq olar.

Sınaq zamanı Waverider 15 km yüksəklikdə məhz B-52-dən buraxılıb. 4 saniyədən sonra onun özünün mühərriki işə düşüb və o, 21 km yüksəkliyə qalxıb.

Hələlik Waverider əsasında hərbi təyyarələrin düzəldilməsi planlaşdırılır.

Ancaq ABŞ alimləri sərnişin təyyarəsinin yaradılmasını da istisna etmirlər.
Yeni təyyarə məşhur Concorde təyyarəsini əvəz edə bilər.

Ancaq Concorde Nyu Yorkdan Londona 3 saata uşurdusa, yeni təyyarə 1 saata uçacaq.

Ən son yazılan

XS
SM
MD
LG