Keçid linkləri

Orta İxtisas Təhsili Müəssisələrinə ixtisas seçimi başlayır


Arxiv foto
Avqustun 19-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK ) tam orta təhsil bazasında Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ərizə vermək istəyən abituriyentlər üçün ixtisas seçiminə başlayır.

İxtisas seçimi ayın 23-dək internet vasitəsilə aparılır.

Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə bilərlər.
TQDK-dan verilən məlumata görə, ixtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 20-dək ixtisas kodu­nu seçə bilər.

Abituriyent seçdiyi ixtisasları www.tqdk.gov.az/ali2012/pageparol.aspx internet ünvanında yerləşən «Abituriyentin elektron ixtisas seçimi ərizəsi»nə istədiyi ardıcıllıqla daxil etməlidir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını almalı və onun şifrindən istifadə etməlidir. Virtual ödəmə kartını plastik kartdan istifadə etməklə http://system.goldenpay.az/tqdk/index.jsp və Netmoney kartlarından istifadə etməklə http://www.netmoney.az/ (http://www.portmanat.az/) internet ünvanlarından əldə etmək olar.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.
Qəbul qaydaları və digər zəruri məlumatlarla «Abituriyent» jurnalının 5-ci sayında tanış olmaq mümkündür.
Cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-si Azərbaycan bölməsi, 36 yer isə rus bölməsinin abituriyentləri üçün, 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.
XS
SM
MD
LG