Keçid linkləri

Təcili xəbərlər

ABŞ məhkəməsində Apple-Samsung davası


Hansı İPaddır hansı Galaxy?
Hansı İPaddır hansı Galaxy?
ABŞ məhkəməsinin hakimi Apple və Samsung şirkətlərinin rəhbərlərinə məsləhət görüb ki, gələn həftə patent mübahisəsi ilə bağlı məhkəmə müzakirəsi başlanana qədər öz aralarında ən azı bir dəfə telefonla danışsınlar və mübahisəni özləri yoluna qoysunlar.

Hakim Lucy Kohn deyib ki, “indi barışıq vaxtıdır”.

Dünya smartfon bazarının yarısından çoxuna nəzarət edən Apple və Samsung arasında patent və dizayn mübahisəsi davam edir.

İndiki məhkəmədə Apple Samsungu iPad və iPodların dizaynını və bəzi proqramlarını oğurlamaqda ittiham edir.

Apple Samsung tabletlərinin satışının qadağan olunmasını istəyir.

ABŞ bazarında genişlənmək istəyən Samsung isə Apple şirkətini özünün bir sıra əsas patent hüquqlarını pozmaqda ittiham edir.

Kaliforniyadakı məhkəmə artıq üçüncü həftədir ki gedir.

Apple Samsungu öz Galaxy tabletlərinin dizaynını Apple-in iPadından oğurlamaqda ittiham edir, ancaq Samsung məhkəməyə öz şahidlərini çıxarıb.

Şahid qismində çıxış edən Jin Soo Kim deyib ki, o, Galaxy tabletləri üzərində işini 2009-cu ilin oktyabrında başlayıb, Apple iPadı isə 2010-cu ilin yanvarında buraxıb.

Kim deyib ki, tabletlərin ölçülərində də fərqlər var.

Məhkəmənin 9 nəfərdən ibarət jürisi müzakirələrə gələn həftə başlayacaq.

Ən son yazılan

XS
SM
MD
LG