Apple şirkəti media nümayəndələrini sentyabrın 12-də mətbuat konfransına dəvət edir.
Dəvətnamənin ortasında böyük rəqəmlərlə "12" yazılıb. Bunun kölgəsi isə sanki "5" rəqəmini üzə çıxardır. (Hər halda bunu belə yozan çoxdur)
Niyə "5" ?
Gözlənildiyinə görə, məhz bu gün Apple öz yeni iPhone 5 telefonunu ictimaiyyətə təqdim edəcək.
Frans Press agentliyi yazır ki, çoxdan səbirsizliklə gözlənilən bu iPhone 5 telefonunun necə olacağı dəqiq məlum deyil.
Yalnız mətbuata sızan məlumatlar və gəzən şayiələr var.
Bunlara görə, məsələn, İphone 5 telefonunun ekranı İphone 4 ekranından bir az böyük olacaq.
Canaccord Genuity broker şirkəti investorlara yazdığı məktubda bildirir ki, “”hazırda telefon almaq istəyənlər iPhone 4S telefonunu almağı yubadırlar. Onlar İPhone 5-i gözləyir. Biz isə gözləyirik ki, İPhone 5 telefonu satış rekordu vuracaq”.
İPhone 5 telefonlarının satışa sentyabrın axırında çıxacağı gözlənilir.
Apple oktyabr ayında isə iPad-ın kiçik variantını təqdim etməlidir.
Mobil telefon bazarını izləyən comScore şirkətinin məlumatına görə, ABŞ-ın mobil telefon bazarında Apple 3-cü yerdədir. Onun bazarda payı 16 faizdir.
Birinci yerdə Samsungdur- 26 faiz.
İkinci yerdə LG-dir- 18 faiz.