Keçid linkləri

Təcili xəbərlər

Ötən əsrin ən gözəl sevgi tarixçəsinin ifaçısı öldü...


Andy Williams Grammy mükafatı mərasimində. Los Ancelos. 10 fevral 2008-ci il
Andy Williams Grammy mükafatı mərasimində. Los Ancelos. 10 fevral 2008-ci il
-

Çox kədərliyəm...

Ötən əsrin ən gözəl sevgi tarixçəsinin ifaçısı öldü...

Bir az gec eşitdim.

"Love Story" filmindən

"Love Stroy" (Sevgi tarixçəsi) filindən
70-ci illər gəncliyinin ən sevimli mahnısının müəllifi dünyadan köçdü.
84 yaşında. Xərçəngdən. ABŞ-da...
Onun adı Andy Williams (Əndi Vilyams) idi.

Sovetlər Birliyinin dəmir halqasında yaşayan 70-cilər nəsli bu ifaçının nəğmələrinə bayılırdı. Mən də, içində...

Onu dinləmək üçün nələrdən keçməzdik? Amma bizim istədiyimiz mahnını sizin kimi həmən dinləyə bilmək üstünlüyümüz yox idi.

Əvvəlcə onun valını tapmalıydıq. Valın çaldıranı (qramofon) olmalıydı. Üstəlik, bu mahnının ifaçısının valını tapmaq elə də asan deyildi.

Nə yaxşı ki, Müslüm Maqomayev bu mahnını oxumağa başladı və bizlər bilsəniz nə xoşbəxt olduq...

Mahnı 1970-ci ildə çəkilən “Love story” ("Sevgi tarixçəsi") filmindəndi (rej—Arthur Hiller).
Film adi melodram idi. Bir-birinə aşiq iki gənc və birdən-birə onların həyatını qaraldan sağalmaz xəstəlik... Aşiq oğlan sevdiyi qızı amansız xəstəlikdən itirir...
Ancaq, inanın, mahnı filmdən çox-çox güclüydü.
Musiqisi Francis Lai, sözlərini Cаrl Sigman-ındı.

MAHNI SANKİ DÜNYANIN SEVGİ HİMNİNƏ ÇEVRİLMİŞDİ.
Aradan düz 42 il keçib, amma o melodiya hələ də ürəyimdə çalınır.
Bu musiqidən “İz”proqramında sevgi tarixçələrini verdiyim cütlüklərdən veriliş hazırlarkən də yararlanıram.

Həsən bəy və Hənifə xanım, Əli və Nigar”, “Niyazi və Həcər” və s. dastanlarda…
Bir dəfə bu verilişlərdən birindən sonra bir dinləyici yazmışdı: “Bu nə mahnıdır belə?”
Andy Williams-ın bəxtinə qəribə tale yazılmışdı. Onun ulduzu başqa müğənnilər kimi parlamırdı.

ONUN ÖZ ADI SEVİLƏN MAHNILARININ KÖLGƏSİNDƏ QALIRDI
Xaç atası” , “Tiffaninin yanında səhər yeməyi” filmlərində oxuduğu mahnılarda da belə

The Godfather filmindən



"The Godfather" ("Xaç atası") filmindən
oldu, “Sevgi tarixçəsi”ndə də.
Amma yenə də onu əfsanəyə çevirən axırıncı mahnı oldu.
Nə oxuyursa –oxusun, onu “Sevgi tarixçəsi”ni oxuyan oğlan" - deyə xatırlayırdılar...
O, bütün yaşlarda ifa ustalığını saxlaya bilirdi.
2009-cu ildə ən yaxşı mahıları Britaniya çatlarında ilk onluqdaydı.
Andy Williams musiqi karyerasına başlayandan 42 albom buraxmışdı, onun 18-i qızıl, 3-ü platin statusu qazanmışdı.

1962-ci ildən özünün məxsusi şousunu yaratmışdı və 3 dəfə “Emmy” mükafatı almışdı.
1970-ci illərdə o, dəfələrlə “Grammy” mükafatının təqdimat mərasiminin aparıcısı olmuşdu.

Elə həmin illərdə öz nüfuzundan yararlanıb Nixon (Nikson) adminstrasiyasının John Lennon-u ABŞ-dan deportasiya etmək qərarına etiraz səsini ucaltmışdı.
Hələ də konsertlər verirdi, Missuri ştatındakı Branson şəhərində özünün “Moon River» adlı musiqili teatrı vardı.

İnternetin yaddaşında bir “Sevgi tarixçəsi” də var. 1994-cü ildir. Müğənninin artıq xeyli yaşı var…Amma o, eyni coşqu ilə oxumağa çalışır. Əlbəttə, bu 24 il əvvəlki səs deyil. Amma ilk akkordlardan yenə də tamaşaçıların alqış tufanını qoparırdı…

Can't Take My Eyes Off You



Andy Williamsı məşhur edən daha bir mahnı "Can`t Take My Eyes Off You" ("Gözümü səndən ayıra bilmirəm"). Denise Van Outen-lə duet
Heyf!
“Dünyanın ən gözəl “Sevgi tarixçəsi”ni oxuyan oğlan” 84 yaşında dünyadan köçdü.
Amma ötən əsrin yaddaşında elə bir iz qoydu ki, heç vaxt unudulmaz.
Bu dünyanın sevgi tarixçələri var olduqca, o da xatırlanacaq...
Qoca dünya sevgi tarixçələrinin çiynində dayanmırmı?!

Where do I begin to tell the story
Of how great a love can be
The sweet love story that is older than the sea
The simple truth about the love she brings to me

Where do I start
With her first hello
She gave new meaning to this empty world of mine
They'll never be another love another time
She came into my life and made the living fine

She fills my heart
She fills my heart with very special things
Angel songs and wild imaginings
She fill my soul with so much love
That any where I go I'm never lonely
With her around who could be lonely
I reach for her hand
She's always there

How long does it last
Can love be measured by the hours in a day
I have no answers now
But this much I can say
I know I'll need her until the stars all burn away
And she'll be there

How long does it last
Can love be measured by the hours in a day
I have no answers now
But this much I can say
I know I'll need her until the stars all burn away
And she'll be there
XS
SM
MD
LG