Keçid linkləri

Fizika üzrə Nobel mükafatını alanlar supersürətli kompüterin əsasını qoyurlar


Serge Haroche (solda) və David Wineland
2012-ci il fizika üzrə Nobel mükafatı fransalı Serge Haroche və amerikalı David Winelanda verilib.
Onlar bu mükafatı kvant optikasındakı işlərinə görə alıblar.

Hər ikisinin 68 yaşı olan bu fiziklər maddə ilə işığın qarşılıqlı əlaqəsini öyrənirlər.

İsveç Kral Akademiyası bildirir ki, Serge Haroche və David Winelandın inqilabi eksperimental üsulları
kvant sistemlərində ölçülər aparmağa və idarə etməyə imkan verir.

Bunun tətbiqi nələrə gətirəcək?

Akademiya hesab edir ki, bu iki fizikin işləri kvant fizikasına əsaslanan yeni növ super sürətli kompüterin yaradılmasında ilk addımdır.

Akademiya həmçinin bildirir ki, alimlərin bu araşdırması ifrat dəqiq saatın yaradılmasına aparacaq, bu da vaxtın yeni standartının müəyyən olunmasına əsas olacaq.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG