Son 5 ildə şist qazının və neftinin sürətli istehsalı ABŞ-ın enerji sektorunda inqilabi dəyişiklik edib.
Beynəlxalq Enerji Agentliyinin yeni hesabatı isə bu dəyişikliyin dünya enerji bazarında hansı sürətlə, hansı nəticələrə gətirəcəyini proqnozlaşdırır.
Hesabata görə, 2017-ci ilə ABŞ dünyada ən böyük neft istehsalçısı olacaq. Hazırda ən böyük neft istehsalçısı Rusiyadır, ikinci yerdə Səudiyyə Ərəbistanıdır.
2030-cu ilə ABŞ xalis neft ixracatçısına çevriləcək. 2035-ci ilə ABŞ özü-özünü enerji ilə tam təmin edəcək.
Hazırda ABŞ lazım olan enerjinin 20 faizini xaricdən alır.
ABŞ-ın vəziyyətinin belə dəyişməsi Rusiyaya, OPEK-ə, eləcə də onların enerjisindən indi asılı olan Qərbi Avropaya da kəskin təsir edəcək.
Hazırda Avropa Rusiya enerjisindən çox asılıdır.
Böyük enerji mənbəyi olan Şərqi Afrika isə öz enerjisini hazırda ABŞ-a satır.
ABŞ özünü təmin edəndə Şərqi Afrika bu enerjini Avropaya sata biləcək.
Ancaq şist nefti ilə ABŞ-ın ixracatçıya çevrilməsinə inanmayanlar da var.
Londondakı “Petroleum Argus” jurnalının redaktoru Richard Child deyir ki, Səudiyyə Ərəbistanında bir quyu ABŞ-ın şist neftinin əsas yeri olan Şimali Dakotadakı bir quyudan 26 dəfə çox neft verir.
Buna görə, ABŞ maya dəyərinə görə ixracatçılarla rəqabət apara bilməyəcək.
Sonda qeyd edək ki, şist neftin, təbii qazın indi çıxarıldığı qatlardan aşağıda yerləşir. Bu süxurlar tərkibcə metandan ibarətdir.
ABŞ-da şist neftinin ehtiyatı təxminən 2 trilyon barreldir.
ABŞ-da şist qazının ehtiyatı isə 24 trilyon kub metrdir.
ABŞ-da 2010-cu ildə 51 milyard kub metr şist qazı istehsal olunub.
2-3 ilə bu göstərici 180 milyard kub metrə çatdırılmalıdır.