Keçid linkləri

Təcili xəbərlər

«Analoqsuz ölkənin vətəndaşı»


-
AzadlıqRadiosu bloqqerlərin bu həftə yazdıqlarından seçmələri təqdim edir:

Etibar Salmanlı bloquna bu həftə prezident İlham Əliyevin çıxışlarından birində səsləndirdiyi bir fikirə dair yazı yerləşdirib. «Analoqsuz ölkənin vətəndaşı» adlı yazıda E.Salmanlı bildirir ki, son zamanlar ən çox müzakirə edilən sitatın müəllifi prezident İlham Əliyevdir. O yazır:
«Çox hörmətli prezidentimiz çıxışlarının birində : Azərbaycanın çox sürətlə inkişaf etdiyini, çoxlarının bizə bəlkə «bir az yavaşlayasız» məsləhətini verdiyini, ancaq bizim dayanmaq kimi fikrimizin olmadığını – bildirdi.
«Mən bir siravi azərbaycanlı olaraq ölkənin inkişaf etməsini istəyirəm. Ölkənin mənfisinə yazılan hər bir hərəkətə qarşıyam. Prezidentin dediyi «yavaşlamadan» inkişafın ən böyük dəstəkçisi də mənəm. Ancaq səmimi inkişafın, səmimi proqressin dəstəkçisiyəm».
«...AZƏRBAYCANDA NƏ ELM VAR, NƏ DƏ ALİM»

Jurnalist Natiq Ədilov öz bloqunda «Elmlər (Ölümlər) Akademiyası və ya alimi biəməllər» adlı yazı yerləşdirib. Müəllif yazıda qeyd edir ki, o, alimlərin prezident İlham Əliyevə yazdığı bir məktubu oxuyub və bir daha əmin olub ki, Azərbaycanda nə elm var, nə də alim. Əlbəttə ki, istisnaları kənara qoymaq şərtilə. Ədilov məktuba işarə ilə fikrini belə davam etdirir:
İlham Əliyev
İlham Əliyev
«Oxuyaq: «AMEA-nın çoxminli alimlər ordusu Sizin yüksək səviyyəli idarəetmə bacarığınıza inanaraq ümidvar olduqlarını bildirirlər ki, tezliklə Qarabağ problemi öz müsbət həllini tapacaq, doğma torpaqlarımız düşməndən azad ediləcəkdir ».
Natiq Ədilova görə, «Bir alim ki İlham Əliyevdə yüksək idarəetmə bacarığı olduğuna inanır, o zaman o alimə arpa vermək lazımdır».

«PREZİDENT MARAFONU»
Bloqqer Fuad Şahbazov isə bu dəfə Rusiyanın ilk prezidenti Boris Yeltsindən yazır.
Boris Yeltsin – «Prezident Marafonu» adlı yazıda o qeyd edir ki, Boris Yeltsinin hakimiyyət dövrü kifayət qədər qalmaqallı olduğu kimi qələmə aldığı memuarları da qalmaqaldan ötüşmür:
«Vaxtilə SSRİ-nin süqutuna dəstək verən ən əsas fiqurlardan biri olan B.Yeltsinin hakimiyyət dövrü Rusiyanın iqtisadi və siyasi cəhətdən faktiki parçalandığı bir dövr hesab edilir. Çeçenistan müharibəsində ağır məğlubiyyət və C.Dudayevin müstəqil dövlət yaratması Rusiyanın qüdrətli ordusu haqqındakı bütün əfsanələri puça çıxarmışdı.
Memuarlarında bu faktları bir az daha «parlaq» şəkildə təsvir edən Boris Yeltsin kitabın əsas I, II və IV hissələrini ailəsinə həsr edib. Müəyyən faktlar həmçinin bu memuarların B.Yeltsinin özü tərəfindən yazıldığını şübhə altına alır».
Bununla belə Fuad Şahbazov hesab edir ki, kitab özlüyündə sıxıcı və çox dar anlamda qələmə alınıb.
XS
SM
MD
LG