Keçid linkləri

Təcili xəbərlər

Spamları bloklamaqla senzura yaratmaq cəhdi


-

RUSİYA VƏ ÇİN CƏHD, ABŞ ETİRAZ ETDİ

Beynəlxalq Elektronrabitə Birliyinə daxil ölkələr internetin inkişafıyla bağlı yeni reqlamenti razılaşdıra biliblər. Rusiya və Çin istəsə belə, sənəd hökumətlərə dünya şəbəkəsini nəzarətdə saxlamağa imkan verməyəcək. ABŞ və bir sıra başqa dövlətlər isə bu cəhdi neqativ adlandırıblar. Söhbət spamların bloklanması haqda maddədən gedir. “Qazeta.ru” yazır ki, hökumətlər spamların bloklanmasından internetdə senzura kimi yararlana bilərlər.
Sənədə Rusiya daxil olmaqla 89 ölkə imza atıb. Ancaq 55 ölkə, o cümlədən ABŞ, Daniya, Kanada, Avstraliya, Norveç, Finlandiya bəyannaməni imzalamaqdan imtina ediblər.
Sənəd əleyhdarlarında şübhə yaradan bir qədər əvvəl dediyimiz kimi hökumətlərin spamları bloklaşdırma hüququ ilə bağlıdır. Onlar güman edilər ki, bu düzəlişi hökumət senzura məqsədilə istifadə edə bilər.
ABŞ rəsmiləri bəyan ediblər ki, həmin düzəliş “internetdə söz azadlığı - unikal hüquqdur” deyə düşünənlər üçün əngələ çevriləcək.
Beynəlxalq Elektronəlaqə birliyinin baş katibi Hamadun Ture deyir ki, yeni sənədin internetdə senzuraya səbəb olacağına inanmır. O bəzi ölkələrin sənədə imza atmaması ucbatından məyus olduğunu da gizlətməyib. “Diskussiya zamanı ABŞ-ın rəyi nəzərə alınıb. Mən təsəvvür edə bilməzdim ki, onlar sənədə imza atmayacaqlar. Biz sadəcə göstərmək istəyirdik ki, internetlə telekommunikasiya arasında körpü qurmaq lazımdır”- Ture deyib.
Eyni zamanda Ture interneti nəzarətdə saxlamaq niyyətinə də qarşı çıxıb. O siyasi məsələləri texniki məsələlərlə qarışdırmamağı xahiş edib. “Biz heç vaxt siyasi məsələlərlə məşğul olmamışıq və bunu etmək məqsədimiz də yoxdur. Texniki problemin texniki həlli var, siyasi məsələnin də siyasi”.
Birliyin reqlamenti 1988-ci ildə qəbul edilib. Bu sənəd əsasında domen adların və İP ünvanların bölüşdürülməsi ilə bağlı qeyri-kommersiya qurumu İCANN (Internet Corporation for Assigned Names) məşğuldur.
24 il sonra bəzi ölkələr internetin sürətli inkişafını nəzərə alaraq reqlamentə yenidən baxılmasını istəyirlər. 8 ölkənin, o cümlədən Rusiya və Çinin iştirakı ilə yaradılan koalisiya reqlamentin kəskin dəyişikliklər edilməsinə can atsalar da, bu baş tutmayıb. Bu təklifə Google da qarşı çıxıb.
XS
SM
MD
LG