Keçid linkləri

Təcili xəbərlər

Ərəb qızlarının çoxu Facebook-dadır


Foto: Arxiv
Foto: Arxiv
-
Səudiyyə Ərəbistanında yuxarı məktəb qızlarının 59 faizi Facebook istifadəçisidir.

Bu, aparılmış bir tədqiqatın nəticəsidir.

Araşdırmaçı Fawzia Al Harbi-nin tədqiqatı göstərir ki, Səudiyyə Ərəbistanı 6 milyona yaxın istifadəçisinə görə dünyada 33-cü yerdə durur.

Körfəz Xəbərləri bildirir ki, tədqiqat istifadəçilər sosial məsələlərə daha çox maraq göstərir, nəinki siyasi və idmana.

Tədqiqata cəlb olunan, paytaxtdakı dövlət və özəl məktəblərdə təhsil alan 500 tələbənin 62 faizi deyib ki, onlar sosial şəbəkələrdən dostları ilə danışmaq üçün istifadə edirlər. Tələbələrin yalnız 2 faizi deyib ki, çatda müəllimləri ilə əlaqə saxlayırlar.

Tədqiqatçı deyib ki, tələbələrin yarısından da azı, 44 faizi Facebook-dan tanımadığı adamlarla danışmaq üçün istifadə edirlər.

Respondentlərə görə, sosial şəbəkələr onlara ənənəvi mediadan əldə edə bilmədikləri sosial məmnunluğa nail olmağa imkan verib.
XS
SM
MD
LG