Keçid linkləri

Təcili xəbərlər

Avropa Birliyi Google və Facebooka qarşı


-
Avropa Birliyinin hazırladığı xüsusi qanun qüvvəyə minərsə, Facebook və Google kimi şirkətlərin kommersiya və reklam qurumları ilə münasibətləri xeyli çətinləşə bilər.

Avropa siyasətçiləri istəyirlər ki, internet istifadəçilərinin şəxsi digital məlumatlarından yararlanmazdan əvvəl onlardan icazə alınsın.

“İstifadəçilər haqda məlumatlardan faydalananda, bu haqda mütləq onların özləri də xəbərdar edilməlidir. Hər dəfə də istifadəçilər ya razılıq, ya da rədd cavabı vermək imkanında olmalıdırlar” – Avropa parlamentinin alman üzvü Jan Philipp Albrecht (Yan Filip Albrext) belə deyir.

Albrecht Reuters agentliyinə xüsusi planın detallarını açıqlayıb. Bu sənədə əsasən internet istifadəçilərinə elə bir imkan yaradılması nəsərdə tutulur ki, onlar axtarış mühərriklərində və sosial mediada özləri haqda istifadə olunan informasiyanı tənzimləyə bilsinlər.

Avropa Komissiyasının aprel ayında belə bir qanunun qəbul edəcəyi gözlənilir.
XS
SM
MD
LG