Keçid linkləri

Təcili xəbərlər

Facebookda 76,5 milyon "saxta" istifadəçi var


15 yanvar 2013. Facebookun yaradıcısı Mark Zuckerberg Kaliforniyada yeni axtarış sistemi "Graph Search"ü elan edir.
15 yanvar 2013. Facebookun yaradıcısı Mark Zuckerberg Kaliforniyada yeni axtarış sistemi "Graph Search"ü elan edir.
Facebookdakı hesabların təqribən 5 faizi dublikat hesabdır. Bundan başqa, şəbəkədə 14 milyon “səhv kateqoriyalı”, 9,6 milyon isə “arzuolunmaz” hesabların mövcudluğu təxmin edilir.

Bu rəqəmlərə 2012-ci ilin yekunları haqda Facebookun hazırladığı hesabatda rast gəlirik.

Fevralın 1-də açıqlanan bu sənəddə söhbət saxta, və ya eyni adama məxsus olan ikinci hesablardan, habelə “spam” yaymaq üçün yaradılan FB səhifələrindən gedir. Ümumilikdə Facebook hesab edir ki, şəbəkədə 76,5 milyon istifadəçi "saxta" ola bilər.

SAXTAKARLAR RİSK YARADIR
Amerika maliyyə qanunlarının tələblərinə uyğun olaraq hazırlanmış hesabatın əsas məqsədi şirkətin iqtisadi risk dərəcəsi haqda real mənzərəni yaratmaqdır. Maliyyə orqanlarının fikrincə, saxta Facebook istifadəçiləri şirkətin risk dərəcəsini müəyyən edən elementlərdən biridir. Ona görə də, Facebook öz istifadəçilərini analiz edərək illik hesabat hazırlayıb.

SAXTAKARLARIN 2 NÖVÜ
Facebook saxta hesabları 2 qrupa bölür: “səhv kateqoriyalı” və “arzuolunmaz”. Facebookda 3 formada hesablar olur: şəxsi profil hesabları, qruplar və səhifələr. Şəxsi profil səhifələri real şəxsləri təmsil etməli, yerdə qalanlar (şirkətlər, ictimai qurumlar və sair) isə özlərinə ancaq qrup və ya səhifə yarada blərlər. Hər halda, FB-a ilk dəfə qeyiyyata düşəndə bu tələblər irəli sürlür.

FİZİKİ ŞƏXLƏR HÜQUQİ ŞƏXSLƏRDƏN AYRI OLMALI
Məsələn, bir müddət AzadlıqRadiosunun şəxsi FB profili mövcud idi və hətta 5 min “dostumuz” da var idi. Lakin FB-un tələblərinə uyğun olaraq şəxsi profili, eyniadlı Fane Page ilə birləşdirdik.

Beləliklə, qeydiyyat şərtlərinin pozulması ilə yaradılan səhifələri FB-un hesabatı “səhv kateqoriyalı”lara aid edir.

“Arzuolnmaz”lara isə qeydiyyat şərtlərini bilərəkdən pozan istifadəçilər aid edilir. Onların böyük hissəsi “Spam” yaymaq və ya başqa qeyri-leqal fəaliyyətə əsas qoymaq üçün yaradılan hesablardlr.

Sənin Facebookda neçə profilin var, saxta istifadəçilərlə rastlaşdığın epizodlar olubmu? Yaz bizə.
XS
SM
MD
LG