Keçid linkləri

Təcili xəbərlər

"7 ilə informasiya texnologiyaları sektorunun illik gəliri 9 milyarda çatacaq"


Azərbaycanın ilk milli telekommunikasiya peyki olan «Azerspace-1» 15 il istismar müddəti ərzində ölkəyə 650 milyon ABŞ dolları məbləğində gəlir gətirəcək.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, “ «Azerspace-1»in tikintisi, onun sığortalanması, orbitə buraxılması və yerüstü infrastrukturun yaradılmasına isə 230 mln. dollar xərclənib».

Ə.Abbasov onu da əlavə edib ki, yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.

Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək və peykinin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın «Measat» peyk operatoruna icarəyə verilib.

Əli Abbasov Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun potensial imkanlarına da toxunub.
O deyib ki sektorun illik gəliri 2020-ci ildə 9 mlrd. ABŞ dollarına çatacaq.

Ə.Abbasovun sözlərinə görə, 2012-ci ildə ölkədə İKT sektorunda gəlirlər 1,750 mlrd. dollar təşkil edib və əvvəlki ilə nisbətən İKT sektoru 18% artıb:
«2020-ci ildən başlayaraq, Azərbaycanda ÜDM-in əsas hissəsi qeyri-neft sektorunun hesabına formalaşacaq. 2020-ci ildə ölkədə İKT-nin orta illik artım tempinin 20% civarında olacağı gözlənilir”

«Sektorun gəlirlərinin isə 2020-ci ildə 8-9 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da ÜDM-in 8-9%-ni təşkil edəcək»
XS
SM
MD
LG