Keçid linkləri

Təcili xəbərlər

Dünyanın 100 ən yaxşı universiteti


Bakıda Moskva Dövlət universitetinin filialı
Bakıda Moskva Dövlət universitetinin filialı
ABŞ-ın Harvard Universiteti yenə dünyada birincidir.

Dünyada 100 ən yaxşı universitet siyahısında ikinci yerdə massaçusets Texnoloji İnstitutudur.

Briytaniyanın Kembric Universiteti 3-cü, Oksford Universiteti 4-cü yerdədir.

100 universitet arasında 20 ölkənin universitetləri var.

Lomonosov adına Moskva Dövlət universiteti 50-cidir.
100-lükdə Rusiyanın cəmi bir universiteti var.

Türkiyə də cəmi bir universitetlə təmsil olunub- Orta Şərq Texniki universiteti 51-60-cı yerləri bölüşdürür.

İlk 20-likdə yalnız 5 ölkənin universitetləri var: bunlar ABŞ, Britaniya, Kanada, Yaponiya və İsveçrədir.

ABŞ və Britaniyadan kənarda ən yaxşı universitet Tokio universitetidir- 9-cu yer.

Times Higher Education-nın hazırladığı bu ilki 100-lük Avstraliya universitetlərinin böyük uğurunu göstərir. İlk 100 universitet sırasına Avstraliyanın daha 2 universiteti daxil olub və bununla da 100-lükdə bu ölkənin 6 universiteti olur.

Bu ilki siyahıda Avstraliya yaxşı universitetlərinin sayına görə yalnız ABŞ-dan və Britaniyadan geri qalır.

Ən son yazılan

XS
SM
MD
LG