Keçid linkləri

-
Bu yaxınlarda İsrailli jurnalist bir yazı ilə rəsmi Bakının həmişə öyündüyü dini və etnik tolerantlıq məsələsini heç etdi. O, adət edildiyi kimi ölkədəki vəziyyətə yəhudilərin prizmasından deyil, əksinə yəhudilərin vəziyyətinə ölkədəki durumun prizmasından baxdı. Və belə qənaətə gəldi ki, öz millətinin hüquqsuz olduğu ölkə orada yaşayan qeyri-millətlərə, o cümlədən yəhudilərə tolerant münasibət sərgiləyə bilməz. Bu detalı qeyd etməyə də bilərdik. Amma siyasi dözümsüzlüyün son həddə çatdığı, plüralist mühitin kölgəsinin belə olmadığı ölkəni hər dəfə tolerantlıq nümunəsi kimi təqdim etmək ən səbirli adamı belə özündən çıxara bilmək iqtidarındadır. Ölkədəki vəziyyəti real təsvir edən bu yazının sayca neçənci olmasının fərqində deyilik, çünki belə yazılar çox olub və getdikcə onların sayı artır. Amma artmayan, necə deyərlər, yerində sayan rəsmi Bakının onlardan çıxardığı nəticədir. Hər bir yazının kökündə hansısa geosiyasi intriqa və yaxud konspirologiya elementi axtarmaqdansa, ölkəni insanlar üçün yararlı məkana çevirməyə cəhd etmək olardı və bundan sonra kənar baxışların həqiqətən də qərəzli olub-olmaması üzə çıxardı. Bununla demək istəmirəm ki, ölkə ilə bağlı xarici mətbuatda yer alan bütün yazılar yalnız xoş məramın təzahürüdür. Yox, belə deyil. Sadəcə, bəzən fərqli motivlərin təzahürü kimi olsa da, ölkədəki əsl həqiqət dilə gətirilir və kimlər üçünsə bu, kifayət edir və onlar razı qalır, başqa biriləri isə bunda özlərinə qarşı növbəti qara kampaniya izi axtarır və təbii ki, narazı qalırlar.

SİYASƏTÇİ İNTUİSİYASIZ KEÇİNƏ BİLƏRMİ?

İntuisiya bütün sahələrdə önəmlidir. O, alimi uzun hesablamalardan və təhlillərdən xilas edib tədqiq etdiyi məsələnin cavabını daha asan və qısa yolla tapmaqda yardımçı olursa, siyasətçiyə reallığı adekvat qiymətləndirməyə və daha düzgün qərar qəbul etməyə kömək edir. Gürcüstan prezidentinin Bakıya səfəri zamanı Rusiyanın ünvanına ittihamlar səsləndirməsi bir neçə aspektdən yozula bilsə də, daha düzgün nəticə budur ki, rəsmi Bakı belə fikirlərin səslənməsində maraqlıdır, çünki bununla həm Rusiyaya, həm də Qərbə öz ismarışlarını edir. M.Saakashvili və İ.Əliyev

M.Saakashvili və İ.Əliyev

Elə yerli mətbuatla da tanışlıq göstərir ki, ölkədə kəskin siyasi bəyanatlar sarıdan kasadlıq yaşanmır.

Narazılığın və gərginliyin iki vektoru dərhal diqqəti cəlb edir. Bunlardan biri fərqli geosiyasi məqsədlər güdməyən yerli demokratiya fəallarının etirazlarıdırsa, digəri istiqamətcə Rusiyanı göstərir. Rusiyanın «arsenalında» hələlik yalnız S.Sadıqov olsa da, hətta ölkədə hakimiyyətin konstitusion yolla dəyişməsinin ən ardıcıl tərəfdarları belə Rusiyadan gələ biləcək siyasi dalğanın reallığını və gücünü inkar etmirlər. Düzdür, Rusiyadan hələ ki, açıq təhriklər hiss olunmur. Amma taktika aydındır, çünki rusiyalı təhlil adamları bir neçə dəfə deyiblər ki, Azərbaycana toxunmaq lazım deyil. Gürcüstanı götürün, onda Azərbaycan rəsmiləri xahiş-minnət üçün Kremlin önündə növbəyə düzüləcəklər.

Nə demək olar? Çox dəqiq ifadə olunub. Bakıda elə bir siyasi qüvvə hakimiyyətdədir ki, zəif nöqtələrini yalnız öz cəmiyyətindən gizlətməyə meyllidir. Bunun səbəbi də aydındır. Hakimiyyət elə hakimiyyətdir ki, onun üçün qırmızı sərhəd yoxdur, o, bütün situasiyalarda məhz hakimiyyət kimi qalmağa cəhd edir. Ona görə də bir tərəfdən Gürcüstan prezidentinin rusofobiya məzmunlu çıxışlarına meydan verir, o biri tərəfdən də öz cəmiyyətini inandırmağa çalışır ki, onun Rusiya ilə heç bir problemi yoxdur. Amma indi hansı dövrdür? Evlərdə və küçələrdə saatın əqrəbi hansı zamanı göstərir? Təəssüf ki, bunun fərqində deyillər. Müxalif yönlü insanlar artıq Milli Şura yaratmaq təklifi ilə çıxış edirsə, Rusiya özünün soyuq münasibətini nəzərə çarpdırmağa can atırsa, bundan real nəticələr çıxarmaq vaxtdır. Prezident və nazirlər

Prezident və nazirlər

Ölkə və onun milləti üçün hansı ssenari daha təhlükəsizdir? Dinc Azərbaycan baharı, yoxsa soyuq Rusiya qışı? Bu sual bu bahar olmasa da, bu il olmasa da, çox tez bir zamanda qapını döyəcək, öz cavabını istəyəcək. Siyasətçi üçün intuisiya məhz burada lazımdı.

HAKİMİYYƏT NİYƏ ARXAYINLAŞDIRIR?

Hakimiyyətin ən bihuşedici, aldadıcı tərəfi odur ki, adamda belə təəssürat yaradır ki, sanki o, əbədi olacaq. Mən bunu hətta 1992-93-cü illərdə müşahidə etmişəm. Biz o vaxtkı AXС-nin aparatında işlədiyimizdən həm cəmiyyətə, həm də reallığa vəzifədəkilərdən bir «köynək» yaxın idik. Təsəvvür etməzsiniz ki, ovaxtkı məmurlarda nə qədər arxayınçılıq vardı! Bəli, hətta onlarda!.. Elə bu hakimiyyətə yaxın olanlarla söhbət edəndə də görürsən ki, bunlar üçün 20 il böyük vaxt hesab edilmir, kommunistlərin hakimiyyətdə 70 il qalmasından, yaponiyalı liberalların on illərlə iqtidarda olmasından, daha məhrəm söhbətlərdə isə Romanovların 300 il hakimiyyətdə olmasından dəm vururlar. Bəli, Romanovlar 300 il hakimiyyətdə oldu. Amma onların bir nümayəndəsinə bütün sülalənin əvəzinə cavab vermək lazım gəldi. Tarixin bu dərsi və hakimiyyətin bu tərəfi də var…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG