Keçid linkləri

Azərbaycanda Facebookdan istifadəçilərinin sayı 1 milyonu keçib.

Socialbakers.com saytının apardığı statistikaya görə, Azərbaycan Facebookun artım sürəti son 6 ayda 140 mindən artıq istifadəçidir.

Azərbaycan Facebook istifadəçilərinin 500 mindən çoxu 18-24 yaşlı şəxslərdir. 25-34 yaş qrupu da daxil olmaqla istifadəçilərin böyük əksəriyyətini gənclər təşkil edir.

Gender nisbəti isə belədir: istifadəçilərin 60 faizi kişi, 36 faizi isə qadındır.

“Sürətlə böyüyən səhifə” qrafasında son ayda “Azərbaycan”, “Azərbaycana xidmət edirəm”, “İlham Əliyev” və “Romantic” səhifələri daha çox bəyənilib.

“Siyasətçilər” bölümünün ilk beşliyinə prezident İlham Əliyevin Facebook səhifəsi liderlik edir. Ölkənin 1-ci xanımı Mehriban Əliyevanın səhifəsi isə izləyici sayına görə 4-cü yerdədir.

Bu kateqoriyada 2-ci və 3-cü yerləri "Azərbaycan”, “Azərbaycana xidmət edirəm” səhifələri tutur. 5-ci yerin sahibi isə Türkiyənin baş naziri Receb Teyyub Erdoğandır. Onun 2 milyona yaxın izləyicisinin təxminən 18 mini Azərbaycanın payına düşür.
XS
SM
MD
LG