Keçid linkləri

Ayrı düşən əkiz bacıları YouTube qovuşdurur



Cənubi Koreyada doğulduqları gündən ayrılan əkiz bacılar illər sonra bir-birilərinə qovuşublar. Buna sosial media səbəb olub. Hər şey Fransada moda tələbəsi olan Anais Bordierə “Youtube”dan bir video göndərilməsi ilə başlayıb.

Amerikalı aktrisa Samanta Futermanın görüntüləri olan bu videonu dostları Anais Bordierə ona görə yollayırlar ki, Samanta və Anais bir-birinə 2 damla su kimi bənzəyirlər.

Təbii ki, videonu alan Anais də öz oxşarı ilə maraqlanmağa başlayır və onun Facebookdakı məlumatlarında oxuyur ki, Samanta Futerman onunla nəinki eyni tarixdə, hətta Cənubi Koreyanın eyni şəhərində dünyaya gəlib.

Daha dərindən maraqlananda isə hər şey aydınlaşır: bacıların hər ikisi övladlığa götürülüb, biri Fransa vətəndaşları, digəri isə amerikalı ailə tərəfindən. Beləcə bir-birindən xəbəri olmadan illərlə hərəsi okeanın bir tayında ömür sürüb.

Bu haqda Qərb mediasına əsasən xəbər verən AzərTAC yazır ki, bir-birlərinin uşaqlıq fotoşəkillərini paylaşan əkizlər inanılmaz bənzərlik qarşısında şoka düşüblər. Onların ilk görüşləri isə “skype”da olub.
XS
SM
MD
LG