Keçid linkləri

Təcili xəbərlər

Avtobus dayanacağından ildırım sürətilə YouTube-a


İngiltərənin İstli şəhərində avtobus gözləyən bir qadının qulaq telefonları ilə dinlədiyi mahnı sümüyünə düşür. Ehmalca rəqs etməyə başlayır. İndi onun rəqsi sosial şəbəkələrdə işıq sürətiə yayılır.

-

Adamın kefi kök olanda ən darıxdırcı şəraitdə belə həyata sevinir. Məsələn avtobus gözləmək kimi üzücü bir vəziyyətdə gözəl, çox gözəl rəqs edən bu xanım kimi.

Belə bir məşhur ifadə var: elə yaşa ki, sanki sabah yoxdur, elə oxu ki, sanki heç kim eşitmir, elə oyna ki, sanki heç kim görmür (ifadə əslində üzundur).

İngiltərənin cənubndakı İstli (Eastleight) şəhərində avtobus gözləyən bu xanım da elə bilir ki, onu heç kim görmür. Amma kənardan kimsə onu nəinki görür, hətta videoyaya da çəkir. İndi bu video Facebook və YouTubeda ildlrlm sürətilə yayılır.

ABBA-nın "Rəqs şahzadəsi" mahnısı ilə şəbəkəyə yerləşdirilən ilkin variantı başqa müsiqilər üzərində hazırlayıb paylaşanlar dar var. Sosial şəbəkələrin qanunu belədir, müəlliflik hüququna sıfır hörmət. Amma İstlidən olan "rəqs şahzadəsinin" kimliyi bu yazı hazırlanan məqama hələ ki, müəyyən edilməmişdi. Çox güman ki, tezliklə tapılar və çox güman ki, tezliklə ulduza çevrilər.

Amma əvvəlki YouTube fenomenlərindən fərqli olaraq bu videonun sirrini tapmaq elə də çətin deyilr. Xanımın rəqsi hamını məftun edir, ona görə yox ki, çətin rəqs fəndləri ifa edir. Nə qədər sentimental səslənsə də, sadəcə olaraq bu rəqs çoxlarında işıqlı hisslər, sevinc doğurur.

Videoya gələn şərhlərdən bir neçə misal

- Kaş ki, daha çox belə insanlar olaydı. Əla rəqsdir!

- Tanrı qorusun, özünü xoşbəxt hiss etməkdə qüsurlu heç nə yoxdur.

- Ümid edirəm, o dərk edir ki, hazırda nə qədər adama sevinc gətirir!
XS
SM
MD
LG