Son zamanlar Twitterlə ağır rəqabət aparan Facebook nəhayət ki, hashtag istifadəsinə start verdi. İndi Facebook istifadəçiləri də hashtag açaraq fotoşəkil, mesaj və link paylaşımalarını nizamlaya bilərlər.
Twitterdən fərqli olaraq Facebook hashtaglarının kütləvilik dərəcəsini tənzimləmək mümkün olacaq. İstifadəçilər hər kəsə açıq və ya yalnız dostları tərəfindən izlənilə bilən postları görəcəklər. Hələlik Facebookdakı hashtag istifadəsi məhdud sayda istifadəçilərə əlçatandır.
"Hashtaglar – istifadəçilərin həmin an müzakirə etdikləri mövzu axtarışını asanlaşdırmaqda ilk addımdır" - Facebook-un məlumatında bildirilir.
Facebook hazırda hashtagların dəstəklənməsi xidmətlərini məhdud şəkildə tətbiq edir, onalrın geniş istifadəsi yaxın həftələrdə mümkün olacaq.
Müstəqil analitiklər əmindirlər ki, Facebookun hashtag tətbiqi ilk növbədə Twitterilə reklam bazatındakı rəqabətlə bağlıdır.
Eyni zamanda mütəxxəssislər bir məsələyə diqqət yönəldirlər.Twitter hashtaglarının istifadəsi bu şəbəkənin təbiətindən doğurdu. Burada mesajların yazılışına olan 140 işarəlik məhdudiyyət, mesaj yazanlardan lakoniklik və mənalı hashtaglarin istifadəsini tələb edir. Facebookda isə mətn məhdudiyyəti olmadığından axtarış sistemi adi qaydada işləyir. Daha böyük informasiya axınında Facebookun hashtag həssaslığı nə dərəcədə effektiv olacaq, bunu zaman göstərəcək.
Rəqabət faktorunu istisna etsək, ola bilsin ki, bu addım düşünülərək atılıb, çünki Facebook istifadəçilərinin əksəriyyəti həm də “Twitter” ilə işləyirlər. Bu iki şəbəkənin virtual birləşdirilməsi təcrübəsi (Facebookda paylaşdığın keçid avtomatik olaraq Twitter səhifəsinə də yönəlir) geniş yayılıb.