Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan borunu seçdi, bəs sonra...


Azərbaycandan Avropaya qaz nəqlinin mümkün xəritəsi
Azərbaycandan Avropaya qaz nəqlinin mümkün xəritəsi
İyunun 25-də "Şahdəniz" konsorsiumunun nümayəndələri Transadriatik (TAP) və Nabucco-West boru kəmərləri üzrə əsas şəhərlərə səfərə çıxaraq tranzit ölkələrin nümayəndələri ilə görüşlər keçirəcəklər. Ancaq bu adi görüş deyil.

Konsorsium nümayəndələri TAP və Nabucco-West arasında 2011-ci ilin yayından aparılan seçimlərini onlara çatdırırlar və yazılı məlumat alırlar ki, qərar rəsmən elan edilənədək heç bir açıqlama verməyəcəklər.

Bir sözlə uzun sürən bir seçim - Azərbaycan qazının Avropaya hansı marşrutla göndərilməsi prosesi artıq yekunlaşdı və bir neçə gündən sonra "Şahdəniz" konsorsiumu bunu rəsmən elan edəcək.

Konsorsium seçimini hansı boru kəməri üzərində saxlayıb?

Məncə konsorsium seçimini aprelin sonunda artıq etmişdi. Nədən belə bir qənaətə gəlmişəm?

Çünki martın 28-də hər iki boru kəməri iştirakçıları, yəni TAP və Nabucco-West vaxtından əvvəl (son tarix 1 aprel idi) "Şahdəniz" konsorsiumuna özlərinin son kommersiya təkliflərini verdilər.

Aprelin ilk ongunlüyündə SOCAR prezidenti Rövnəq Abdullayev mətbuata açıqlamasında artıq konsorsiumun verilən təkliflərin qiymətləndirilməsi üzərində işlədiyini, bu işin yaxın 2-3 həftə ərzində yekunlaşacağını bildirmişdi.
...uzun sürən bir seçim - Azərbaycan qazının Avropaya hansı marşrutla göndərilməsi prosesi artıq yekunlaşdı və bir neçə gündən sonra "Şahdəniz" konsorsiumu bunu rəsmən elan edəcək.

Bundan bir qədər sonra isə SOCAR rəhbəri artıq mayın sonuna kimi seçimin yekunlaşacağını demişdi. Düzdür, Rövnəq Abdullayev heç vaxt boru kəmərinin seçimin elan etdiyini dilə gətirməmişdi. Bunlar fərqli şeylərdi.

Ancaq mayın 2-də BP şirkətinin rəhbəri Robert Dadlinin Londondan Bakıya qəfil səfəri və Azərbaycan prezidenti ilə görüşündən rəsmi mətbuatın çox qısa bir şablon məlumat yayaması (görüşdə "Azəri-Çıraq-Günəşli" yataqlarında hasilatın stabilləşməsi və "Şahdəniz" yatağının perspektivləri müzakirə edilib) məncə, məhz boru kəmərlərinin marşrutunun seçimi ilə bağlı ola bilərdi.

Seçim edilmişdi. Yerdə qalan müddətdə isə marşrut üzərindəki ölkələrlə kommersiya danışıqlarını (yəni qaz alqı-satqısını) kifayət qədər Azərbaycan və konsorsium üçün mənfəətli şəkildə başa çatdırmaq gərək idi. Bunu da çox güman ki, ancaq indiki müddətə başa çatdırmaq mümkün olmuşdu. Əks təqdirdə...

Seçim Brüsseldə elan edilərdi

Təbii ki, Azərbaycan prezidentinin Brüsselə səfəri hələ iyunun əvvəlində anons edilmişdi. Ona ciddi hazırlıqlar gedirdi. Ölkə içi və ölkə xarici - çoxları gözləyirdi ki, əsas məsələlərdən biri kimi Azərbaycan qazının Avropaya hansı marşrutla çıxarılması məhz Avropa paytaxtında yüksək kürsüdən elan edilə bilər.

Doğrudan da, iyunun 21-i ilə, iyunun 25-i arasında nə böyük fərq vardı ki? Görünür, SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirovun hələ Azərbaycan-Amerika Forumunda dediyi kimi, "biz qaz alıcıları ilə Şahdəniz qazının uzunmüddətli alqı-satqısına dair danışıqları yalnız iyunun 3-cü həftəsinə yekunlaşdıra biləcəyik" fikri daha məntiqəuyğun imiş.

Boru kəməri üzərində yerləşən ölkələrlə bir-birlərindən xəbərsiz kimin daha sərfəli qiymətlər və daha uzun müddətə müqavilə təklif etməsi elə də asan məsələ deyil, həqiqətən.

Bəs sonra...

Seçim edilməsi barədə rəsmi qərar çox güman ki, qarşıdan gələn cümə günü - iyunun 28-də olacaq. Ancaq bu sadəcə bir qərar olacaq.
...çox güman ki, Azərbaycan qazı Baumqarten istiqamətində axacaq. Həm də buraya Qazprom qazı "Cənub axını" ilə gəlməyəcək...

"Şah-dəniz" konsorsiumu ilə seçim edilmiş boru xətti konsorsiumu arasında kommersiya müqaviləsi isə yəqin ki, bu ilin sonunda - "Mərhələ-2" layihəsi sanksiyaşdırılarkən baş tutacaq.

Layihələrin icrası isə 2014-cü ildən başlayacaq. Tələsməyə dəyməz, çünki boru kəmərləri ilə qaz 2019-cu ildən axmalıdır.

Bəs, Azərbaycan hansı seçimi edib?

Əgər son iki ayın müşahidələrinə əsaslansaq, məncə seçim Nabucco-West üzərində dayanılıb. Nəyə görə?

Əvəvla, Azərbaycan prezidenti mayın 12-də Avstriyaya - bu boru kəmərinin sonuncu nöqtəsinə səfər etdi. Səfər uğurlu keçdi və Nabuccoya yönəlik xüsusi bir bəyanatlar səsləndirilməsə də, ancaq siyasi baxımdan rəsmi Vyananın təsiri hiss olunurdu.

Azərbaycan prezidentinin Brüssel səfəri öncəsi Nabucco-West kəmərinin keçəcəyi ölkələrin dövlət başçılarının İlham Əliyevə ünvanladığı lobbiçilik məktubunu da unutmaq lazım deyil. Həmin məktubu məhz Avstriya prezidenti hazırlamışdı.

Diqqət çəkən digər məqam iyunun 21-də Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumda Macarıstanın Baş nazirinin SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşməsi idi. Bu son ayda TAP-ın keçəcəyi ölkələrin rəhbərlərindən rəsmi Bakıya elə bir diqqət isə müşahidə etmədik.

Düzdür, Yunanıstanın Baş naziri Bakıya səfər etmişdi. Ancaq məlum oldu ki, bu səfər DESFA-nın aktivlərinin SOCAR-a satılması ilə əlaqədar imiş.

Bu baxımdan çox güman ki, Azərbaycan qazı Baumqarten istiqamətində axacaq. Həm də buraya Qazprom qazı "Cənub axını" ilə gəlməyəcək...
XS
SM
MD
LG