-
Hindistanda baş verən daşqından reportaj hazırlayan TV jurnalist Narayan Pargaien şalvarını quru saxlamaq üçün daşqın qurbanının çiyinlərinə çıxıb. YouTube -da yayılan bu görüntülər hiddət dalğası doğurub. News Express kanalında işləyən Pargaien özünü müdafiə edir. Deyir, çiynində oturduğu adam özü belə bir təklif edib. Onun sözlərinə görə, Uttarkhand vilayətində daşqın haqda reportaj hazırlamaq üçün əraziyə gəlib. Həmin adam jurnalistə təklif edib ki, daşqından zədələnən evini də çəksin. Çayı keçəndə jurnalistə minnətdarlıq əlaməti kimi onu çiyninə alıb.
Narayan Pargaien etiraf edir ki, düzgün hərəkət etməyib. Eyni zamanda, TV operatorunu da ittiham etməyi unutmayıb. Deyir, kamerman belə rakursu götürüb sonra da videonu yaymaqla onun karyerasını pozamağa çalışıb.
Sosial şəbəkələrdə sürətlə yayılan qeyr-adi görüntülər saysız hesabsız tənqid şərhləri doğurub.
60 ildə qyedə alınan ən güclü musson yağışları Hindistanda təbii fəlakət doğurub, 1000-ə yaxın adam həlak olub, sel sularlı on minlərlə evi yuyub aparıb.
Qərb mətbuatının materialları əsasında