Keçid linkləri

Təcili xəbərlər

Samsung ilk smart saatını təqdim edir


Samsung ilk "ağıllı" saatını təqdim edir (Rus dilində)
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Samsung ilk "ağıllı" saatını təqdim edir (Rus dilində)

-

Samsung öz rəqibi Apple şirkətini qabaqlayaraq özünün ilk smart saatını təqdim edib.
Təqdimat mərasimi Berlində keçirilib.

"Christian Science Monitor" qəzeti yazır ki, texnoloji təhlilçilərin fikrincə, smart saatlar bu ilin ən çox arzulanan hədiyyələri olacaq.

Samsung-un Galaxy Gear adlı saatı bazarda çoxdan gözlənilirdi. Bu da qəzetin fikrincə, “geyilə bilən texnologiyalara” marağın artdığını göstərir.

Galaxy Gear saatının imkanları nədir?

Burda e-maillərə, mətnlərə baxmaq olar. Telefon zənglərini də bu saat qəbul edə bilir.

Sosial mediaya girmək olur.

Saatda Android applardan istifadə etmək olar.

Saatın 1,9 piksellik kamerası var.

S Voice texnologiyası ilə səslə telefon funksiyalarını idarə etmək olar.

Amma smart saat müstəqil fəaliyyət göstərən qurğu deyil. O, Samsunq-un digər qurğuları - smartfon, tablet üçün bir növ "aksessuar"dir. Gərək həmin qurğulardan biri çantanızda, yaxud üstünüzdə olsun ki, smart saat sözügedən funksiyaları icra etsin.

Samsung-un araşdırma bölməsinin rəhbəri Pranav Mistry deyir ki, yeni saatı yaradanda məqsəd onu fantastik filmlərdəki kimi və rahat etmək idi.

Smart saatın qiyməti təxminən 300 dollardır.

Ən son yazılan

XS
SM
MD
LG