Keçid linkləri

Təcili xəbərlər

Gənc qadınların şəbəkəsi Facebook , yaşlı kişilərinki Google+


Google təqdimatı
Google təqdimatı
-
Sosial media mütəxəssisi Marc Meyer ən iri sosial şəbəkə olan Google+ və Facebok-un internet dünyasındakı rəqabətini araşdırıb.
"Social Media Today" saytının məlumatına görə, Marc Meyer bu rəqabəti bir neçə sahənin statistika ilə araşdırıb və infoqrafikada əks etdirib.
Onun hazırladığı infoqrafikada görmək olur ki, Facebookdan gündə 625 milyon, Google+dan isə 350 milyon istifadaçi yararlanır.
Son bir il ərzində fəal istifadəçi bazası Facebookda 26, Google+da 33 faiz artıb.
Dünyanın internet istifadəçilərinin 51 faizi Facebokkdan, 25 faizi Google+dan istifadə edir.
Facebook-çuların 57 faizi qadındır, onların da əksəriyyəti 25-34 yaş arasındadır.
Google+ şəbəkəsinin istifadəçilərinin 71 faizi kişilərdir. Onların da əksəriyyətinin 45-54 yaşı var.
Top-brendlərdən Coca-Cola, Disney Facebook-a, Angry Birds, Android Google+ şəbəkəsinə üstünlük verir.
Facebook-a gələnləri şəxsi ünsiyyət, dostlarla məşləhərləşmə cəlb edir.
Google+ şəbəkəsi istifadəçiləri isə daha çox informasiya paylaşmaq, söhbət etmək üçün buranı seçir.
XS
SM
MD
LG