-
ABŞ Konstitusiyasının 1-ci Düzəlişi Facebook-un "Like" ("Bəyənmə") düyməsinə söz azadlığı kimi yanaşıb onu müdafiə edəcək.
ABŞ Konstitusiyasının 1-ci Düzəlişi Facebook-un "Like" ("Bəyənmə") düyməsinə söz azadlığı kimi yanaşıb onu müdafiə edəcək.
Bu barədə Federal Apellyasiya Məhkəməsi qərar verib.
Hamptonun şerifinin altı əməkdaşı şerif seçkilərində onun rəqibini dəstəklədiyi üçün qeyri-qanuni işdən çıxardığı bildirilir.
İşçilərdən biri, şerifin müavini rəisinin siyasi rəqibinin Facebook səhifəsini bəyənib.
Facebook, işdən qovulmuş əməkdaşlar və Amerika Vətəndaş Liberal Birliyi isə bəyan edirdi ki, "Like" söz azadlığı sayılmalıdır.
Keçmiş əməkdaşlar bununla bağlı yerli məhkəməyə müraciət etsələr də, iddiaları təmin olunmamışdı. Yerli məhkəmə "Like"-in Konstitusiya müdafiəsinə "layiq olmadığı"nı hesab etmişdi. Qərardan apellyasiya şikayəti verilmişdi.
Mashable-in məlumatına görə, apellyasiya müraciətinə baxan hakim Traxler isə Like-i ifadə azadlığı kimi qiymətləndirib.
Facebook və Amerika Vətəndaş Liberal Birliyi Federasiyası qərarı bəyəndiklərini bildiriblər.